XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

27 İyun 2019 - 13:00

Ərdoğan:"Beynəlxalq məhkəməyə müraciət edəcəyik”

“ABŞ Prezidenti Donald Tramp bu ilin iyul ayında Türkiyəyə səfər edə bilər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın “Nikkey” qəzetinə müsahibəsində bildirib.

“Fikrimcə, ABŞ Prezidenti Trampla “Böyük-20”liyin zirvə toplantısında görüşüm ikitərəfli münasibətlərdə dirənmiş məsələləri və əməkdaşlığımızı gücləndirməyimiz üçün vacib rol oynaya bilər. Hazırda Trampın Türkiyəyə səfəri müzakirə olunur”, – o vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəni “F-35” qırıcıları ilə bağlı layihədən uzaqlaşdırması ilə bağlı məsələyə də münasibət bildirib: “Biz “F-35”lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz xərclədiyimiz məbləği geri qaytarmaq üçün beynəlxalq məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) sammiti keçiriləcək.  /Report