XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

27 İyun 2019 - 16:03

“Ölkədən çıxardıqları vəsaitləri gətirsinlər” –Deputat

“Biz maliyyə amnistiyası elan etməliyik”.

Bunu bu gün millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.

“Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar”, – deyə o, qeyd edib.

T. Kərimli bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: “Xahiş edirəm ki, büdcədəki artımın yarımca faizi partiyalara ayrılsın. Bu, tək mənim deyil, bir neçə partiyanın təklifidir”.

APA