XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

27 İyun 2019 - 17:54

Tereza Mey:"G20 sammitində İran məsələsi əsas mövzu olacaq"

Böyük Britaniyanın baş naziri Tereza Mey sabah başlayacaq G20 sammitində İranla bağlı nüvə sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi və regiondakı gərginliyin aradan qaldırılması zərurətini ön plana çıxarmaq niyyətindədir.

“RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət başçısı tədbir ərəfəsində jurnalistlərə bildirib:

“İranın Müştərək Əhatəli Plan üzrə öhdəliklərini yerinə yetirməsi mühümdür. İrana gəlincə, regionda gərginliyin azalmasını görməyimizi zəruri hesab edirəm. Bu istiqamətdə çalışmağa davam edəcəyik, mən də sazişi qoruyub saxlamaq üçün hər cür tədbirləri görməyin vacibliyi barədə Fransadan və Almaniyadan olan həmkarlarımla danışacağam”.

“ABŞ sazişdən (İran nüvə proqramı ilə bağlı – red.) çıxsa da, biz onun əhəmiyyətinə və davam olunmasının vacibliyinə inanırıq”, – deyən Böyük Britaniyanın baş naziri sammitin başqa mühüm mövzuları kimi ekologiya problemlərini və internetdə terrorun təbliğatını göstərib/Report.