XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

11 İyul 2019 - 20:44

Putin Zelenski ilə telefonda danışdı –Nələr müzakirə olunub?

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.

“Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub”, – deyə Kremldən qeyd olunub.

Tərəflər Normandiya formatında təmasların davam etdirilməsi imkanlarına dair də fikir mübadiləsi aparıblar/Report.