XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

15 İyul 2019 - 15:19

Jurnalistlər üçün tikilmiş binada mənzillərin kupçası niyə verilmir? –Komitədən açıqlama

Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin kupçaları jurnalistlərə verilməyib.

Strateq.az bildirir ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, 22 İyul – Mətbuat Günü mənzillərin kupçalarının jurnalistlərə paylanılmasına təşəbbüs olub: “Lakin istismarla bağlı sənədlərdə ləngimə var. Əmlak Komitəsi kupçaların verilmə prosesinə tam hazırdır. Müvafiq istismar sənədləri hazır olan kimi, elə binanın həyətində ünvana qeydiyyat xidməti göstərməyə hazırıq. Bu barədə komitə sədri də müvafiq tapşırıqlar verib”.