XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

17 İyul 2019 - 21:10

ABŞ-dan türk diplomatının qətli ilə bağlı bəyanat:"Hücumu ən güclü şəkildə qınayırıq"

İraqın Ərbil şəhərində  Türkiyə Baş Konsulluğunun əməkdaşının qətlə yetirilməsi ABŞ tərəfindən də qınanılıb.

Strateq.az xəbər verir ki, hadisə ilə bağlı ABŞ-ın Türkiyədəki səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Amerika xalqı bu hadisədən dərindən kədərlənib: “Ərbildəki mənfur hücumda həyatını itirən Türkiyə Baş Konsulluğu əməkdaşının ailəsinə, yaxınları və həmkarlarına ən dərin kədərimizi bildirir, silahlı hücumu ən güclü şəkildə qınayırıq”.

Xatırladaq ki, Ərbildə restoranda nahar edən türk diplomat silahlı hücumla qətlə yetirilib, iki türk isə yaralanıb.