XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

18 İyul 2019 - 09:30

Səfir:“Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyini heç bir təhdid gözləmir”

Azərbaycan və Gürcüstan hər zaman dost olub, dostuq və gələcəkdə də dost qalacağıq”.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfir bildirib ki, hər iki ölkə bir-birinə doğmadır: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır və bizim gələcəyimizi heç bir təhdid gözləmir. Sizi buna əmin edirəm”.

Z.Pataradze Azərbaycanın Gürcüstanın strateji tərəfdaşıdostu olduğunu qeyd edib: “Ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Siyasi, iqtisadi-ticari, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla yanaşı, birlikdə mühüm iqtisadi layihələr həyata keçirilir. Əminəm ki, biz iki dost ölkə olaraq hələ daha çox uğurları birlikdə bayram edəcəyik”.