XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

18 İyul 2019 - 11:11

Ermənistanda nümayişçilər və polislər arasında toqquşma baş verib:yaralılar var

Ermənistanın İcevan şəhərində yolu bağlayan nümayişçilər və polislər arasında toqquşma baş verib. 
Polis əməkdaşları yolu nümayişçilərdən təmizləmək üçün divar təşkil etməyə çalışarkən nümayişçilər müqavimət göstərib.

Nümayişçilərin daşlarla müqavimət göstərməsi nəticəsində polislər geri çəkilməyə məcbur olublar. Toqquşma zamanı yaralananlar olub.

Qeyd olunur ki, yol hələ bağlı qalsa da, yaralı polislər təxliyyə edilib. Nümayişçilər Tavuş vilayət rəhbərinin çağırışlarına məhəl qoymadan yolu hələ də açmayıblar. 

Xatırladaq ki, ötən gün axşam saat 20:00 radələrində İcevanda odun işləri ilə məşğul olan sakinlərin dövlətlərarası M 4 yolunu bağlaması nəticəsində yüzlərlə avtomobil tıxacda qalıb. 

Onlar odun fəaliyyəti ilə məşğul olmağa qoyulan qadağanın aradan qaldırılmasını tələb edir. Nümayişçilər meşədən odun aparılmasına qadağa qoyan dövlət məmuru ilə görüş tələb ediblər. /Ordu.az