XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

18 İyul 2019 - 11:56

Azərbaycan XİN türk diplomatın öldürülməsini qınadı –Açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.

Nazirliyin “Tvitter” səhifəsində bildirilib ki, Azərbaycan XİN Ərbil şəhərində Türkiyə Baş konsulluğunun əməkdaşlarına edilən silahlı hücumu qınayır.

“Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq”, – qeyd olunub.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.