XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

21 İyul 2019 - 13:40

Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu:12 mağaza külə döndü - FOTOlar

Bərdə rayonunda “köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində sahibkarlara 500 min manata yaxın ziyan dəyib.

Hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Axşam saatlarında “köhnə bazar” adlanan ərazidə umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Bir anda başlayan yanğın qısa zamanda 12 mağazanı kül edib.

Sahibkarların sözlərinə görə, yanğın nəticəsində onlara təxminən 500 min manatadək ziyan dəyib.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.

Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. /Oxu.az