XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 İyul 2019 - 16:22

EYOF:Azərbaycan güləşçisi qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib.

Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək. Yunan-Roma güləşçisi Nihat Məmmədli isə (55 kq) bürünc medal uğrunda dueldə türkiyəli Ateş Bekirlə münasibətlərə aydınlıq gətirəcək. /Report