XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

25 İyul 2019 - 12:16

Hökumət dövlət qəzetləri ilə bağlı qərar verdi –Yardım artdı

Baş Nazir Novruz Məmmədov “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edib.

Strateq.az xəbər verir ki, bununla da “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması”nda aşağıdakı dəyişiklik edilib:

“Hər bir nüsxənin həcmi (səhifə ilə)” sütununda “8” rəqəmləri (hər üç halda) “10” rəqəmləri ilə, “Qəzet kağızına illik tələbat (tonla)” sütununda isə “118”, “98” və “98” rəqəmləri müvafiq olaraq “148”, “123” və “123” rəqəmləri ilə əvəz olunub.