XƏBƏR LENTİ

22 Avqust 2019

Digər Xəbərlər

09 Avqust 2019 - 12:48

Milli Məclisin fövqəladə toplantısı istənilir –Ölkə başçısına müraciət edilib

Bu gün, avqustun 9-da Qarabağ Azadlıq Təşkilatı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə Dağlıq Qarabağla bağlı Milli Məclisin fövqəladə toplantısı və prezidentlə geniş tərkibdə görüş istənilir.

Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Müraciətdə qeyd edilir ki, hazırda Qarabağ münaqişəsi ətrafında baş verənləri heç də təsadüf saymırlar:

«…Torpaqlarımızın azad olunması üçün cəmiyyətin bütün qüvvələrinin konsolidasiya olunmasına, səfərbər olunmasına, vahid mövqenin formalaşdırılmasına ehtiyac var… Birincisi, təklif edirik ki, Milli Məclisin fövqəladə toplantısı çağırılsın. Bu toplantıda cəmiyyətin bütün qüvvələrinin, … iştirakı ilə geniş Qarabağ müzakirələri keçirilsin, təkliflər irəli sürülsün. İkincisi, Azərbaycan prezidentinin iqtidarda və müxalifətdə olan, həmçinin ictimai rəyə təsir etmək imkanı olan bütün qüvvələrlə görüşünün keçirilməsini təklif edirik».

Müraciətə, hələlik, Prezident Administrasiyası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlər işğal edilmiş Dağlıq Qarabağa səfəri və orada səsləndirdiyi fikirlər Azərbaycanda mənfi reaksiya doğurub. Buna həm rəsmi, həm də ictimai səviyyədə təpkilər davam etməkdədir. N.Paşinyan avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib. O vurğulayıb ki, «Dağlıq Qarabağ Ermənistandır». (azadlıq.org)