XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 10:25

Atambayevi “sıfırlayırlar”- Keçmiş prezidentin 120 əmlakına həbs qoyuldu

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin əmlakının əsas hissəsinə həbs qoyulub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Otkurbek Camşidov məlumat verib.

Baş prokurorun sözlərinə görə, hazırda üzərinə həbs qoyulan əmlakların sayı 120-dir.

Atambayev bu il avqustun 8-də xüsusi əməliyyatla saxlanılıb. Bir sutkadan artıq davam edən silahlı əməliyyatda minlərlə polis və xüsusi təyinatlı iştirak edib.

Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 100-dən artıq şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı keçmiş prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Məhkəmənin qərarı ilə Atambayev ən azı avqustun 26-dək Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılacaq.

Keçmiş prezident korrupsiyada və kriminal avtoritet Əziz Batukayevi həbsdən qanunsuz azad etməkdə ittiham olunur.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev bu ilin iyununda parlamentin qərarı ilə toxunulmazlıq hüququndan məhrum edilib.

Strateq.az