XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 10:22

Tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı –SİYAHI

 

Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb.

Bununla bağlı Baş nazir Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Qeyd edək ki, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.