XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 16:32

Həsən Ruhani:"Fars körfəzinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrə ehtiyac yoxdur"

Fars körfəzinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrə ehtiyac yoxdur.

Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, ABŞ təhlükəsizlik məsələsini bəhanə edərək körfəzdə hərbi gəmilərdən ibarət baza yaratmaq niyyətindədir. Bu, təhlükəsizliyi təmin etməkdən daha çox təhlükəsizliyi təhdid etməyə bənzəyir. İran tarixboyu Fars körfəzinin təhlükəsizliyini təmin edib. Körfəz dövlətləri də ərazi sularını qorumaq imkanına malikdirlər. Odur ki, ABŞ-ın hərbi donanmadan ibarət koalisiya yaratmaq cəhdi əbəsdir.

Xatırladaq ki, Böyük Britaniyanın İran gəmisini həbs etdikdən sonra qarşılıqlı olaraq İran da Fars körfəzində Britaniyaya məxsus gəmini həbs edərək neft qaçaqmalçılığında ittiham etmişdi. Bu hadisədən sonra ABŞ körfəzin beynəlxalq sularında gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi donanmadan ibarət beynəlxalq koalisiya yaratmağı təklif edib. Böyük Britaniya bu koalisiyaya qoşulacağını bildirsə də bir sıra dövlətlər açıq şəkildə bu koalisiyada iştirak etməyəcəklərini bəyan ediblər.

Rəsmi Tehran isə hesab edir ki, bu, ABŞ-ın İrana qarşı atdığı növbəti addımdır və İranı qorxutmaq istəyir. İran həmişə olduğu kimi, bu dəfə də bəyan edir ki, ölkəyə qarşı istənilən təhdidin qarşısı ciddi şəkildə alınacaq.

Hələlik isə ABŞ koalisiyanın qurulması istiqamətində Avropa və körfəz ətrafındakı dövlətlərlə diplomatik danışıqlar aparır(azərtac).