XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 16:57

Şəfiqə Məmmədova:“İstefalardan xəbərim var, lakin səbəbini bilmirəm”

“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin səbəbini bilmirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.

Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: “Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün – rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb.