XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

16 Avqust 2019 - 18:10

Qırğızıstanın həbsdə olan sabiq baş naziri xəstəxanaya yerləşdirilib –Təhlükəsizlik Komitəsi açıqlama yaydı

Qırğızıstanın həbsdə olan sabiq baş naziri Sapar İsakov xəstəxanaya yerləşdirilib.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“İsakov təcili olaraq istintaq təcridxanasından xəstəxanaya aparılıb”, – komitənin məlumatında qeyd edilib.

Sabiq baş nazirin hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi açıqlanmır. İlkin məlumata görə, o, Qırğızıstan Milli Xəstəxanasının Nevrologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, sabiq baş nazir Sapar İsakov 2018-ci ilin yazında həbs olunub. S.İsakov digər rəsmilərlə əlbir olaraq Çin şirkəti ilə ölkənin maraqları əleyhinə olan 111.2 milyon dollar dəyərində müqavilə imzalayıb. Sabiq baş nazir həmçinin korrupsiyada və milli tarix muzeyinin bərpası zamanı dövlətə 1.4 milyon dəyərində maddi ziyan vurmaqda ittiham olunur. /APA