XƏBƏR LENTİ

13 Dekabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 15:53

Mehriban Əliyeva:"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bunu “İnstagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Birinci vitse-prezident Mehriban Əliyeva bu insanların qəhrəmanlığı qarşısında baş əydiyini bildirib: “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”. /APA