XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 20:55

“İdlibdəki hücumun qarşısı sərt şəkildə alınacaq” – Lavrovdan xəbərdarlıq

Suriyanın İdlib bölgəsindəki gərginliyin günahkarı hücum təşkil edən terrorçulardır. Terror qruplaşmasının İdlibdəki hücumunun qarşısı sərt şəkildə alınacaq, Türkiyə tərəfini bu barədə məlumatlandırmışıq.

Bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, İdlibdə terrorçuları təmizləmək üçün fəaliyyət davam etdiriləcək.

Sergey Lavrov iddia edib ki, türkiyəli hərbçilərin İdlibdə olması terrorçuların qarşısını ala bilmir: “Rusiya Müdafiə Nazirliyinin rəsmiləri İdlibdəki vəziyyətlə bağlı türkiyəli həmkarları ilə hər gün əlaqə saxlayır”.

Teleqraf.com