XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 12:32

İranın BMT-dəki daimi nümayəndəsi:"ABŞ-ın İraq, Suriya, Əfqanıstan və Liviyada “təhlükəsizliyi təmin etməsi”nin nəticələri göz qabağındadır"

Fars körfəzinin təhlükəsizliyini region dövlətləri təmin etməlidir. Xarici qüvvələrin körfəzə müdaxiləsi isə təhlükəsizliklə deyil, siyasi ambisiyalarla bağlıdır.

Bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxtrəvan deyib. O bildirib ki, ABŞ-ın İraqda, Suriyada, Əfqanıstanda, Liviyada “təhlükəsizliyi təmin etməsi”nin nəticələri göz qabağındadır. Bu dövlətlərdə hərbi əməliyyatların nə vaxt dayanacağı bəlli deyil. Onun sözlərinə görə, Fars körfəzinə ABŞ-ın istəyi ilə xarici hərbi qüvvələrin gətirilməsi sabitliyin pozulmasına səbəb olacaq və bu, yolverilməzdir.

Xatırladaq ki, Fars körfəzində Böyük Britaniyaya məxsus neft tankerinin İran tərəfindən saxlanılmasından sonra rəsmi Vaşinqton hərbi donanmadan ibarət beynəlxalq koalisiya yaradıb körfəzə göndərmək istəyir. Hələlik isə Böyük Britaniyadan başqa heç bir dövlət ABŞ-ın bu təşəbbüsünü dəstəkləməyib. İran isə bildirib ki, Fars körfəzinə xarici qüvvələrin müdaxiləsi cavabsız qalmayacaq(azərtac).