XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 22:36

Akşener Əbülfəz Elçibəylə fotosunu paylaşdı, belə yazdı:"Dəyərli böyüyüm...."

İYİ Partiyanın lideri Meral Akşener Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı “Twinter”də maraqlı paylaşım edib.

Strateq.az xəbər verir ki, o, Elçibəylə vaxtı ilə çəkilmiş fotosunu da şərhinə əlavə edərək, yazıb:

“Azərbaycanın müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün apardığı mübarizə ilə daima gələcək nəsillərə ilham verəcək dəyəri böyüyüm Əbülfəz Elçibəyi vəfat ildönümündə hörmət, rəhmət və həsrətlə anıram”.