XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 13:06

Gürcüstandan Azərbaycana nə qədər turist gəlib? –Statistika

2019-cu ilin ikinci rübündə Gürcüstandan Azərbaycana 117.9 min nəfər səyahət edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında məlumat verilib. Bildirilib ki, hesabat dövründə Gürcüstandan Azərbaycana edilən turist səfərləri bu ölkədən xaricə edilən səfərlərin ümumi sayının 20.4 faizini təşkil edib.

Hesabat dövrü ərzində Gürcüstandan ən çox turistin Türkiyəyə getdiyi bildirilib. Aprel-iyun ayları ərzində Gürcüstandan Türkiyəyə  gedən turistlərin sayı 255.3 min nəfər olub ki, bu da hesabat dövründə xaricə səfər edən turistlərin ümumi sayının  44.3 faizini təşkil edib. (APA)