XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 11:54

Nazir:"Gələn il icma əsaslı məktəbəqədər qrupların sayı 300-dək artırılacaq"

“Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur”.

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunur və bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Ceyhun Bayramov qeyd edib ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər 4 abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. (report)