XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 14:29

Prezident İlham Əliyev AŞPA prezidentini qəbul edib –Müzakirə + FOTO

Prezident İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.

Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub.

Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edilib.

Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.