XƏBƏR LENTİ

23 Noyabr 2019
22 Noyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 16:39

II İlya Baş nazirə məktub yazdı:"Xalq dəyişikliklər gözləyir”

“Müxtəlif qüvvələr təsir əldə etmək və öz ideologiyasını yeritməyə çalışır. Xalq isə müsbət dəyişikliklər gözləyir”.

Bunu Gürcüstan patriarxı II İlya ölkənin yeni baş naziri Giorgi Qaxariaya ünvanladığı məktubda bildirib.

Patriarx G.Qaxarianı baş nazir vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.

II İlya qeyd edib ki, müstəqillik əldə olunandan sonra Gürcüstanda gərgin siyasi proseslər səngimək bilmir: “Təəssüflər olsun ki, bu vaxt ərzində əhalinin ən əsas problemlərini həll etmək, sosial durumu yaxşılaşdırmaq, milli dəyərləri önə çəkmək, milləti birləşdirmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olmayıb”.

Gürcüstan patriarxı yeni baş nazir və hökumətin səylərinin bu vacib problemlərin aradan qaldırılmasına yönələcəyinə ümidvar olduğunu vurğulayıb/Report.