XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 17:48

Rəsmi Bakıdan Ukraynaya dəstək:"Krımdakı "seçki"ni tanımırıq"

Azərbaycan Xarici İşlər Nazirliyi Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildiirb.

Strateq.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva açıqlama verib.

O deyib ki, Azərbaycan həmin “seçkiləri” tanımır: “Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır”.