XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 15:25

“Dünya bazarındakı neft ehtiyatları “Saudi Aramco”ya hücumun fəsadlarını örtmək gücündədir” –Rusiyalı nazir

“Neft hasilatının həcminə görə dünya lideri olan “Saudi Aramco” şirkətinin müəssisələrinə dron hücumu dünyanın enerji təhlükəsizliyini təsir göstərsə də, bunun nəticəsində hasilatın azalması ilə bağlı ortaya çıxan itkiləri örtmək üçün dünyada kifayət qədər neft ehtiyatları var”.

Bu barədə jurnalistlərə Rusiyanın Energetika naziri Akeksandr Novak bildirib.

O, bu məsələni Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri şahzadə Əbdüləziz bin Salmanla bu gün müzakirə etməyi nəzərdə tutduğunu söyləyib.

Xatırladaq ki, dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərinə şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 milyon barellik gündəlik hasilat həcmini 5,7 milyon barelədək azaltdıqlarını açıqlayıb.

“Saudi Aramcı” şirkətinin müəssisələrinə dron hücumunun məsuliyyətini Yəməndəki Husi üsyançıları üzərlərinə götürsələr də, ABŞ-ın dövlət katibi Maykl Pompeo bununla bağlı İran hökumətini ittiham edib. İran XİN-i isə M.Pompeonun bəyanatının yalan olduğunu açıqlayıb. (Report)