XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 12:00

“Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq” –Hikmət Hacıyev

“Belə bir fikir var ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində bir görüş keçirilsin. Biz bunu daha çox görüş adlandırırıq. Çünki gördüyümüz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur, danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşünü şərh edərkən deyib.

H. Hacıyev əmin olduğunu bildirib ki, qarşıdan gələn bu görüşdə Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq: “Xüsusən Ermənistan tərəfinin səsləndirdiyi destruktiv açıqlamalar fonunda…”

Görüşün tarixinin hələlik açıqlanmadığını qeyd edən şöbə müdiri bildirib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.

Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı isə H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən o qədər qeyri-ciddi, o qədər əsası olmayan, cəfəng açıqlamalar səsləndirilir ki, bəzən bu açıqlamalara şərh verməyə belə ehtiyac qalmır. /APA