XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 00:48

“Dəhşətli kommunikator!” –Tramp FED-in son qərarına belə reaksiya verdi

ABŞ prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Paueli tənqid edib.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

“Cey Pauell və Federal Ehtiyat Sistemi yenidən “yıxıldılar”. Nə cəsarət, nə reallıq hissi, heç bir xəyal! Dəhşətli kommunikator!” – deyə Tramp “Twitter”-də yazıb.

Qeyd edək ki, Tramp artıq bir neçə dəfədir Paueli tənqid edərək Federal Ehtiyat Sisteminin rəhbərini vəzifəsindən çıxara biləcəyinə işarə edir. ABŞ Prezidenti daha əvvəl də bildirib ki, Cerom Pauellin Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsinə təyin edilməsinin səhv olduğunu düşünür. Prezidentin fikrincə, ABŞ hər dəfə böyük bir iş görəndə Cerom Pauell faiz dərəcəsini artırır.

Report