XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 12:04

Dünyada hər 11 saniyədə bir körpə və ya hamilə qadın ölür –Hesabat

Dünyada səhiyyə sisteminin durumunun yaxşılaşması qadınlar və yeni doğulan körpələr arasında ölüm hallarını azaldıb.

Ancaq yenə də dünyada hər 11 saniyədə bir körpə, yaxud hamilə qadın dünyasını dəyişir.

BMT-nin iki agentliyi – UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) birgə hesabatlarında üzə çıxarıblar ki, 2000-ci ildən uşaq ölümləri demək olar yarıbayarı, ana ölümləri isə 33 faizdən artıq azalıb. Bunun əsas səbəbi əlçatan, keyfiyyətli tibbi xidmətə çıxışın yaxşılaşmasıdır.

Ancaq son məlumatlara görə, 2018-ci ildə dünyada 6,2 milyon uşaq 15 yaşına çatmamış ölüb. 2017-ci ildə isə 290 mindən çox qadın hamiləlik və doğuş zamanı problemlər üzündən dünyasını dəyişib.

5,3 milyon uşaq 5 yaşına çatmamış ölüb

Uşaqların 5,3 milyonu beş yaşına çatmamış, bunun demək olar yarısı isə həyatının ilk ayında ölüb.

“Doğuş zamanı analara və yeni doğulan körpələrə kömək edən bacarıqlı əllər, təmiz su, adekvat qidalanma, əsas dərman və vaksinlər həyatla ölüm arasında fərq yaradar”, – UNICEF-in İcraçı direktoru Henrietta For deyib.

O, hökumətləri və səhiyyə rəsmilərini tibbi xidmətlərə yatırım etməyə, “onların qiymətli həyatını xilas etmək üçün hər şeyi etməyə” çağırıb.

Hesabat regionlar arasında böyük bərabərsizliyi ortaya qoyub. Saharaaltı Afrikada qadınlar və uşaqların digər yerlərdən daha çox erkən ölüm riskiylə üzləşdiyi vurğulanır.

Saharaaltı Afrikada qadınlar arasında doğuşla əlaqədar ölüm halları zəngin ölkələrdən 50 dəfəyədək artıqdır. Onların övladlarının ilk aylarında ölüm ehtimalı isə 10 dəfə çoxdur.

Ancaq 1990-cı ildən yaşı 15-dən az uşaqlar arasında ölüm halları 56% azalıb, 14,2 milyondan 2018-ci ildə 6,2 milyona düşüb. Şərqi və cənub-şərqi Asiya ölkələrində ən böyük irəliləyiş qeydə alınıb, yaşı 5-dən az uşaqlar arasında ölüm halları 80% azalıb. (azadliq.org)