XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 12:05

Azərbaycanda sosial şəbəkələrdə narkotiki təbliğ edən həbs edilib –DİN açıqlama yaydı

Azərbaycanda sosial şəbəkələrdə narkotiki təbliğ edən həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.