XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

06 Dekabr 2016 - 09:40

“İlin Adamı”: sərsəri, təhlükəli cinayətkar, şair, baş nazir –PORTRET CİZGİLƏRİ

modi

Dekabrın 7-də ABŞ-ın “Time” jurnalı Hindistanın baş naziri Narendra Modini rəsmən “İlin adamı” elan edəcək.

İşə bax, 66 yaşlı hökumət başçısı səsvermədə Barak Obama, hətta indilərdə adı dildən-dilə dolaşan Donald Trampı da ötüb…

Strateq.az 1milyard 250 milyon əhalinin baş nazirini tanıdır.

Narendra Modinin ilk özəlliyi də budur ki, planet əhalisinin altıda birinin baş naziridir.

Əyalətdən çıxmış siyasətçinin Hindistanın digər hökumət başçılarından digər bir fərqi isə budur ki, 2013-cü ildə onun vəzifəsinin icrasına başlama mərasiminə hətta düşmən sayılacaq Pakistanın baş naziri Nəvaz Şərif də təşrif gətirmişdi. Buna qədər heç bir Pakistan rəhbəri hindistanlı həmkarına belə iltifat göstərməmişdi. Üstəlik, qatı hindu millətçisi olan siyasi xadimə…

Söz düşmüşkən, həmkarı N.Şərif Narendra Modinin baş nazirliyi dövründə münasibətlərin qismən də olsa, hamarlanacağına ümidi suya düşdü. Modi pakistanlı qonşularına “dişlərini çox tez göstərdi”.

Bir müddət əvvəl o, qonşu dövləti susuz qoymaqla hədələdi. Baş nazir bildirdi ki, Hind çayının üç qolunun Pakistana axının qarşısını alacaq: “Bu çayların suyu hindli fermerlərə məxsusdur”.

Bir çox əyalət yetirmələri kimi Norendra Modi də radikal-millətçi baxışlara çox erkən yaşlardan yiyələnib. 17 yaşında evdə çıxaraq Hindistanı sərasər dolaşmış “dərviş” Modi “səyahətdən” geri dönən kimi doğma Qucarat ştatının paytaxtı Əhmədabadda hundu millətçi təşkilatının üzvü olub.

Onun rəhbərlik etdiyi partiya da eyni ideoloji baxışları təbliğ və çoxluğun, yəni bütpərəst hinduların maraqlarını müdafiə edir. Əlbəttə, N.Modinin “su xəbərdarlığı”nın hədəfi mübahisəli Kəşmir əyaləti idi.

Baş nazir pakistanlı siyasətçiləri açıq şəkildə xəbərdarlıq etdi ki, “qan və su bir yerdə axa bilməz”.

N.Modinin bu anti-müsəlman bəyanatlarına təəccüblənməyə də dəyməz. 2002-ci ildə doğulduğu Qucaratda baş vermiş qırğında mindən çox müsəlman öldürülmüşdü.

Hindistan Ali Məhkəməsi N.Modinin təqsirsiz olduğunu bəyan etsə də, bu qırğında onun barmağının olması rəyində olanlar hələ də çoxluqdadır. Qırğının əks-sədası xaricdə də eşidildi. ABŞ-da N.Modinin gəlişinə qadağa qoyuldu.

Yeri gəlmişkən, 2015-ci ilin iyununda Narendra Modi “təsadüfən” “Google” versiyasında on ən təhlükəli cinayətkar siyahısına düşmüşdü. “Google” “dolaşıqlığa görə” üzr istəməli oldu.

N.Modini Hindistanın “dəmir əl”i adlandırılması da əsassız deyil. Populyarlığı yüksək olan baş nazir bu ləqəbin doğruluğunu hər zaman nümayiş etdirir. Məsələn, İngiltərə şahzadəsi Çarlzın əlini elə sıxmışdı ki, Vindzor taxt-tacının varisi bunu heç zaman unutmayacaq.

Siyasətə gəlincə, hazırda “dəmir əl” sahibinin həyata keçirdiyi anti-korrupsiya islahatı çərçivəsində bütün Hindistan əhalisi puldəyişmə növbəsinə durub. Bilənlər bilir, 500 və 1000 rupi əsginaslarının dəyişdirilməsi (bu əsginaslar dövriyyədəki pulların 86 faizini təşkil edir) ucbatından.

Bu islahatla ölkəni “kölgə iqtisadiyyat”ından xilas etməyi düşünən N.Modinin, yeri gəlmişkən, xeyli biznesmen dostları var. Əlbəttə, özü uşaq vaxtı çay satmaqla qəpik-quruş qazandığı günləri heç vaxt unutmur.

Modidən gözlənilən daha bir radikal addım hinduların müqəddəs saydığı Qanq çayını təmizləmək planıdır. Tualet mədəniyyətinin zəif olduğu Hindistanın bu probleminin nə zaman aradan qalxacağı isə hələ bəlli deyil.

Narendra Modi yeni texnologiyaların vurğunudur. O, sosial şəbəkələrdə fəal iştirak edir. Baş nazirin “Twitter”də 13 milyon oxucusu var. Asudə vaxtdasa, baş nazir qucarati dilində şeirlər yazır.

M.Rzasoy

modi-1

modi2

modi3

Strateq.az