Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Suriyalı jurnalist:“Əsəd rejimi İdlib üçün “Qroznı ssenarisi” hazırlayır” – Müsahibə 

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018
18 Fevral 2018

26 Yanvar 2017 - 14:21

Milyarder qadınlar:32 milyardlıq sərvətə sahib Alisiya Volton

Alice-Walton-Net-Worth

“Volmart” dünyanın ən nüfuzlu şirkətlərindən biridir. Amerikada 1995-1996-cı illərdə milli məhsul artımının yüzdə dördünü “Volmart” təmin edib. 1962-ci ildə təsis edilən şirkətin qurucusu Sem Volton (Sam Walton) olub.  Onun varislərindən biri hal-hazırda dünyanın ikinci ən böyük qadın milyarderi Alisiya Voltondur (birinci yerdə “Loreal”ın varisi Lilian Bettenkurdur). Onun sərvəti 32 milyard 300 milyon dollardır. Alisiyanın tanınmış bir çox milyarderlərdən fərqli və maraqlı həyatı var.

O, 1949-cu il oktyabrın 7-də dünyaya gəlib. Alisiya ailəsinin yeganə qız övladıdır. 3 qardaşından biri – Con Volton 2005-ci ildə təyyarə qəzasında həyatını itirib. Ölən qardaşının həyat yoldaşı Kristi Volton 2015-ci ldə dünyanın ən zəngin qadını olub. Digər qardaşları isə RobCim Voltondur. Ümumilikdə isə Volton ailəsinin bütün fərdləri dünya miqyaslı iş adamlarıdır.

waltonjimalicerobsonwalmartapmi60071-resize-600x338

Rob, Alisiya və Cim Volton

 

Alisiya Volton Triniti universitetinin (Trinity university) maliyyə və iqtisadiyyat fakultəsini bitirib. O, işə kapital analitik kimi başlayıb, daha sonra “Arvest Bank Group”un vitse-prezidenti kimi fəaliyyət gostərib və 1988-ci ildə korporativ maliyyə ilə məşğul olan “Llama” investisiya bankını qurub.

Alisiya 24 yaşında həmin dövrün ən qabaqcıl investisiya bankının prezidenti ilə evlənib. Lakin 3 ildən sonra boşanıb. Daha sonra bir mühəndislə evlənsə də, yenə bəxti gətirməyib. Onun ailəsi bu dəfə daha tez dağılıb.

Xanım Volton hələ gənc yaşlarından digər ailə üzvlərindən fərqli olaraq şirkət işləri ilə çox az maraqlanıb. Onun marağı incəsənət sahəsinə idi. İlk dəfə 10 yaşında pul yığıb və Pikassonun “Blue nude” ("Çılpaq mavi") əsərini alıb. O, bu marağı sayəsində ailəsinin doğulduğu yerdə – Arkanzasda, “Crystal Bridges” adlı Amerika sənət qalereyası açıb. Qalereyanın idarə heyəti, incəsənət xadimi Con Vilmerdinq (Jhon Wilmerding) Alisiya haqqında deyib: “Xanım Volton bir çox sənətçilərin bütün əsərlərini toplayırdı. Martin Hid (Martin Johnson Heade), Stüart Deyvis (Stuart Davis), Corc Belous (George Bellows) və Con Sarqent (John Singer Sargent) kimi rəssamların əsərlərini heç kimin xəbəri olmadan alırdı”.

Alisiya Voltonun siqaret tərgitmək cəhdi Alfred Maurer (Alfred Maurer) və Tom Veselmanın (Tom Wesselman) siqaretlə bağlı çəkdiyi tabloları almağına səbəb olub. 2011-ci ildə verdiyi bir müsahibədə bütün rəssamların əsərlərini almaq istədiyini deyib. O, qeyd edib ki, ən sevdiyi sənətçi amerikalı modernist rəssam Marsden Harleydir (Marsden Hartley).

2-Aerial-View-from-North

"Crystal Bridges" rəsm qalereyası

 

2014-cü ilin dekabr ayında Daniel Fradın həyat yoldaşı Ritanın Nyu-Yorkda auksionda satışa çıxardığı kolleksiyası telefon vasitəsilə alınıb. Satışda bütün kolleksiyaçılar iştirak etdiyi üçün kimin aldığı bilinməyib. Bir müddət sonra kolleksiyanı Alisiyanın 20 milyon dollara aldığı məlum olub. Daha sonra o, Eşer Braun Durandın (Asher Brown Durand) 1849-cu ilə aid “Kindred Spirits” (“Doğma ruhlar”) tablosunu 35 milyon dollara alıb. Bu əvəzsiz əsəri 1904-cü ildə Nyu-York xalq kitabxanasına  “New York” qəzetinin redaktorunun qızı Culia Briant (Julia Bryant) verib.

“Crystal Bridges”  bir neçə il əvvəl amerikalı rəssam Norman Rokvelə (Norman Rockwell) satılıb. Satış qiyməti isə heç vaxt açıqlanmayıb. Rokvel burada şəxsi kolleksiyasını sərgiləyib.

Alisiya Voltonun adı siyasi arenada da çəkilib. “Progress for Amerika” partiyasına 2004-cü ildə prezident seçkiləri zamanı 2 milyon 600 min dollar vəsait ayırıb. Seçkilər ərəfəsində partiya İraq savaşını dəstəklədiyini açılayıb, həmçinin Cor Buşun təbliğatını aparıb. Alisiya Volton 2012-ci ildən etibarən isə “Restore our future” (“Gələcəyimizi bərpa edək”) kampaniyasına 200.000 dollar yardım edib.

 

Qəmər Şahbaz

Strateq.az