Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

13 Sentyabr 2017 - 23:00

İraqda İŞİD terrorçularının minlərlə arvadı əsir saxlanılır –Aralarında azərbaycanlı qadınlar da var

İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.

BBC-nin məlumatına görə, bu barədə Britaniyanın "The Independent" qəzeti yazıb.

Məqalədə deyilir ki, hökumət qoşunları özünü İŞİD adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.

İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. “Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var” –deyə, İraq ordusu və kəşfiyyatının rəsmiləri bildiriblər.

Qadınlar və uşaqlar Mosul şəhərindən cənubdakı düşərgədə saxlanır. Onların əksəriyyəti avqustun 30-dan buradadır. Həmin gün hökumət qoşunları Mosulun İŞİD-dən azad edilməsini başa çatdırıblar. Hazırda bu qadın və uşaqların hansı ölkələrdən olduqları araşdırılır. Belə ki, onların əksəriyyətinin şəxsi sənədləri yoxdur.

Humanitar yardım rəsmilərindən biri deyib ki, bu, İraq qoşunları tərəfindən saxlanan ən böyük əcnəbi əsir dəstəsidir.

"Biz İŞİD ailələrini sərt təhlükəsizlik şəraitində saxlayırıq və onlar barədə hökumətin sərəncamlarını gözləyirik" – deyə Mosulun Ninəva əməliyyatı ordusunun polkovniki Əhmət ət-Taye vurğulayıb: "Biz onlarla yaxşı davranırıq. Bunlar məsum insanları soyuqqanlıqla qətlə yetirmiş qəddar cinayətkarların ailə üzvlərdir, lakin biz onları dindirəndən sonra başa düşdük ki, bu qadınların əksəriyyəti İŞİD təbliğatı nəticəsində aldadılıb".

"Reuters" agentliyinin müxbirləri yüzlərlə qadın və uşağın "hərbiləşdirilmiş ərazidə" qurulmuş kondisionersiz çadırlarda yaşadığının şahidi olublar. Müxbirlər deyirlər ki, buradakılar əsasən türk, fransız və rusca danışırlar. "Mən Fransaya getmək istəyirəm, amma bilmirəm bunu necə etmək olar" – deyə əslən çeçen olan bir qadın soruşub. O, əvvəllər Parisdə yaşadığını bildirib. Qadın onu İraqa gətirmiş ərinin taleyi haqqında heç nə bilmir.

Bu arada İraq təhlükəsizlik rəsmiləri bildiriblər ki, qadınlar və uşaqların əksəriyyəti şimaldalkı Telafar şəhəri yaxınlığında kürd peşmərgə qüvvələrinə təslim olublar. Kürdlər qadın və uşaqları İraq hökumət qoşunlarına təhvil versələr də, kişiləri saxlayıblar. Kişilərin, demək olar, hamısı keçmiş İŞİD döyüşçüləridir.

Əksər cihadçı ailələri İraq qoşunları Mosulu zəbt edərkən Telafara qaçmışdılar. İraqın Daxili İşlər Nazirliyi bəyan edib ki, bu qadın və uşaqların vətəni olan ölkələrin səfirlikləri ilə əlaqə yaradılmasına çalışılır.

"Biz bu qədər adamı burda çox saxlaya bilmərik" – deyə nazirliyin sözçüsü qeyd edib. Polkovnik-leytenant Salah Kərim deyib ki, qadınlar və uşaqlar azı 13 ölkəni təmsil edirlər.

541 qadın və uşağa yardım göstərən Norveç Qaçqınlar Şurası bildirir ki, İraq bu adamların gələcək taleyinə tez bir zamanda aydınlıq gətirməlidir.

"The Independent" yazır ki, Qərb hökumətləri öz vətəndaşları olan radikallaşmış İŞİD döyüşçüləri və onların ailələrinin qayıtmasından narahatlıq keçirirlər. Məsələn, Fransa bildirib ki, özünün İŞİD-lə bağlı olan vətəndaşlarının İraqda mühakimə edilməsinə üstünlük verərdi. "Əsas fəlsəfə bundan ibarətdir ki, yetkin yaşlı adamlar İraqda mühakimə olunsunlar. Biz düşünürük ki, uşaqlar Fransanın ədliyyə və sosial xidmətlərindən istifadə edə bilərlər"- deyə bir Fransa diplomatı "Reuters" agentliyinə bildirib.

BBC