Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

07 Oktyabr 2017 - 00:26

17 təyyarə, 9 min avtomobil, 150 mülk, 1700 otaqlı saray…- 50 ildir hakimiyyətdə olan, hərəmxana saxlayan, əyləncəyə milyardlar xərcləyən sultan

Bruney sultanı Hassanal Bolkiahın hakimiyyətə gəişinin 50 illiyi tamamlandı. Tayland kralının ölümündən sonra Bolkiah dünyada ən uzunömürlü mütləq monarx sayılır. Sultan ölkəni şəriət qaydaları ilə idarə etmək istəyr. Lakin öz həyat tərzi bu qaydalardan xeyli uzaqdı. Deyilənlərə görə, Bolkiah bahalı avtomobllərə, qadınlara, hərəmxanadakı azyaşlı qızlara, əyləncə məclislərinə milyardlar xərcləyir. 

Strateq.az Lenta.ru-ya istinadən zəmanəmizin ən dəbdəbəli və qalmaqallı monarxının həyat tərzinə işıq salmağa çalışacaq.

"Sultan Hassanal Bolkiah və qardaşı Cefridə olan pulla bu dünyadakı bütün xəstəlikləri sağaltmaq olar. Problem ondadır ki, başqaları onların vecinə də deyil…".  Bunu kral ailəsinə yaxın olan adamlardan biri "Fortune" jurnalına müsahibəsində deyib.

 

Nağıl kimi həyat…

 

Sultan Hassanal Bolkiah, oğlu Abdul Melik və gəlini

 

Monarx və yaxınlarının hansı dəbdəbədə yaşadıqlarını "Vanity Fair" jurnalı da ictimailəşdirmişdi. Jurnalda dərc olunan qalmaqallı məqalədən məlum olurdu ki, sultanın sarayında 1700 otaq, 257 hamam, 5 hovuz, 1 məscid, 5 min nəfərlik banket zalı və 110 maşını tutacaq qaraj var. 

Ailə həmçinin "The Dorchester Hotel" adı altında fəaliyyət göstərən dəbdəbəli otellər şəbəkəsinə, 17 təyyarəyə, 9 min avtomobilə, dünyanın ayrı-ayrı ölkələrində 150 mülkə sahibdir.

Belə qənaət yaranır ki, bu cür zənginliyə görə sultanlıqda həyat səviyyəsi də yüksəkdir. Məsələn, 2012-ci ildə "Forbes" yazmışdı ki, neft və qazla zəngin olan Bruney dünyanın ən varlı 5 ölkəsindən biridir. Bu gün də ölkə büdcəsinin 90 faizi neft gəlirlərindən formalaşır. 

Bruney 1970-ci ildən neft ixracı ilə məşğuldu. Ölkə neftdən gələn pullar hesabına zənginləşdikcə sultan və yaxınları bu zənginlikdən pay almağı unutmurlar. Elə buna görə də monarx və yaxın qohumları dünyanın ən varlı ailələrindən hesab olunur.

 

Müxalifət, seçki, müstəqil KİV yoxdur, əvəzində…

 

Bruney əhalisi siyasi partiyaların, müxalifətin, seçki və müstəqil KİV-lərin nə olduğunu bilmir. Bunun əvəzində pulsuz təhsil, pulsuz səhiyyə, yüksək müavinətlər, aşağı faizlik kreditlər kimi, dövlətin yaratdıtı imkanlardan faydalanır. 

"The New York Post"un yazdığına görə, sultan 50 illik yubileyinə Maykl Ceksonu dəvət etmiş və bunun müqabilində ona 17 milyon dollar ödəmişdi.  

Dəbdəbə aşiqi olan Hassanal Bolkiah şəxsi təyyarəsini də saraya çevirib. Təyyarənin göyərtəsində əksər yerlər qızıl və qiymətli daşlarla işlənib. 

Mətbuat üzə çıxarıb ki, sultan bu illər ərzində təkcə yaxınlarına aldığı hədiyyələrə 17 milyard dollar xərcləyib. Qızına isə ad günündə 100 milyon dollara A340 hədiyyə edib.

 

"Planetin ən böyük "pleyboy"u

 

Sultanın qardaşı Cefri

"Planetin ən böyük "pleypoy"u kimi tanınan qardaşı Cefrinin son 10 ildə gündəlik 747 min dollar xərclədiyi deyilir. O da əyləncə və qadın düşkünüdür.

Sultanın isə qadınlara alüdə olması barədə az qala, əfsanələr dolaşır. Bruneylilər bu barədə çox danışmasalar da, dünyaya çoxdan bəllidir ki, Bolkiah kiçik qardaşı Cefri ilə birgə içərisində onlarla yeniyetmə qızın olduğu hərəmxana saxlayır. Bu barədə ilk dəfə mətbuat 1997-ci ildə yazmışdı. 

Həmin vaxt "Miss Amerika-92" Şennon Marketik sultan və qardaşına qarşı məhkəmə iddiası qaldırmışdı. Məlum olmuşdu ki, Şennona gündəlik 3 min dollar müqabilində Bruneydə işləmək təklif olunub. Lakin bunun əvəzinə onu cinsi istismara məruz qoyublar. ABŞ vətəndaşı olan Şennondan hər gün axşam saat 10-dan səhər 3-ə qədər gizli əyləncə gecələrində rəqs etmək tələb olunub. Dediyinə görə, həmin məclislərdə ona narkotik maddələr verir və fahişə kimi davranırmışlar

Başına gələn müsibətlərə görə mənəvi zərərə uğradığını deyən Şennon bunun müqabilində qarşı tərəfdən 10 milyon dollar təzminat tələb etmişdi. Lakin iş məharətlə qapadılmış və qardaşlar törətdikləri əmələ görə qanun qarşısında cavab verməmişdilər. 

 

"Bir neçə qız: hərəmxanada həyat"…

 

Bu insident yenicə unudulmağa başlamışdı ki, başqa bir amerikalı Cillian Louren oxşar qalmaqala səbəb olan açıqlamalar verdi. O, 2010-cu ildə Bruney sultanının hərəmxanasında baş verənlərə həsr olunan "Bir neçə qız: hərəmxanada həyat" adlı kitabını dərc etdirdi. 

Louren yazır ki, Bruneydəki hərəmxanaya gələn qızların pasportları əllərindən alınır. Onlar daim nəzarət altında olur, hərəmxanadan kənara çıxa bilmirlər. Eyni zamanda qızların hamısı çox ağır pəhriz saxlamalıdı. 

Qızların həftəlik maaşı 2 min dollardır. Adətən onlar bir neçə həftəlik müqavilə ilə işə götürülürlər. Lakin sonradan bəzi müqavilələrin müddəti bir neçə ilə qədər uzadılır.  

Onlardan bəziləri etiraf edirdi ki, aldıqları məvacib yüksək olduğuna görə, özləri çıxıb getmək istəmirlər. Qızların böyük əksəriyyəti Taylanddan və Filippindən olur. Yaşları da əsasən 14-dən başlayır. 

Lourenin yazdığına görə, hər gecə bahalı içkilər verilir, qızlar şahzadə və dostları üçün masaların üzərində rəqs edirlər. Əyləncə məclislərinin bir qismi də 46 metrlik  "Tits" adlı yaxtada təşkil olunur. 

Qızların hər biri ümidlə gözləyir ki, şahzadə məhz onu seçəcək. Gecənin favoriti olan qızın başına pullar səpilir və ona qiymətli zinət əşyaları hədiyyə olunur. 

Kitabda yazılanlara görə, sultanın qardaşı Cefri ABŞ-a aidiyyəi olan hər şeyin aludəçisidir. Avtomobil, geyim, mədəniyyət və s. 

"O hansısa jurnalı açırdı və orada bəyəndiyi qadını barmağıyla göstərib deyirdi "bunu istəyirəm". Və sonra da həmin qadını sifariş edirdi", – deyə Louren xatırlayır. 

2014-cü ildə neft qiymətləri iki dəfə aşağı düşəndən sonra vəziyyət bir qədər çətinləşməyə başlayır. Ən kiçik qardaş Məhəmməd ta əvvəldən sultan Bolkiah və Cefrinin israfçılığına qarşı çıxırdı. Bu tənqidi mövqeyinə arxalanan sultan ona nazir vəzifəsi verir və islahatlar aparmağı tapşırır. Lakin şəxsi xərcləri üçün büdcədən 2 milyard götürən Məhəmməd etimadı doğrultmur və rüsvayçılıqla istefaya göndərilir.

Sultan məsələyə öz əl qoymalı olur. Şəxsi biznesə imkanlar yaradaraq bu yolla Tokio və digər maliyyə mərkəzlərinin diqqətini Bruneyə yönəltməyə çalışır. Həmçinin ölkəyə turist axınını da stimullaşdırır. Lakin Bruneydə gecə klublarının olmaması və içkiyə rəsmən qadağa qoyulması turistləri narazı salır. Sultanın vəziyyəti düzəltmək etdiyi cəhdlər heç bir ciddi nəticə vermir.

 

Şaxtababa papağına görə 15 min dollarlıq cərimə…

 

Cəhdlərinin nəticəsiz qaldığını görən sultan çıxış yolunu insanların daha qənaətcil və inanclı olmasında görür. Ölkə islamlaşma xətti götürür. Müsəlman ailələri üçün dini təhsil məcburi olur.

Bolikah şəriət qaydalarını işə salır. Dua mərasimlərini ötürən, nikahdan kənar hamilə qalan, hicab taxmaqdan imtina edən, spirtli içki içən, Ramazan ayında ictimai yerlərdə yemək yeyən və ya su içən, cinsi azlıq nümayəndəsi olan müsəlmanlara cərimələr və daşqalaq kimi, cəzalar tətbiq olunur.  

Digər konfessiyaların (30 faiz təşkil edir) nümayəndələrinə də məhdudiyyətlər qoyulur. Onlara "Allah" sözünü demək və iman məsələlərini müzakirə etmək qadağan edilir.

2015-ci ildən xristianlara və müsəlmanlara "Santa-Klaus" (şaxtababa) papağı ilə küçədə gəzmək qadağan edilir. Bu qadağanı pozanlar üçün isə 15 min dollar cərimə və ya 5 illik həbs cəzası nəzərdə tutulur. Sultan və ailəsinin bu qaydaların bir çoxunu pozmasından isə əhali heç xəbərdar da deyil.

Ölkədəki bütün KİV-lər monarxın nəzarətindədir. İnternetə hamının çıxış imkanı yoxdur və senzura qalmaqdadır. Qərb mətbuatı yazır ki, Bruney əhalisi şəriət qaydalarına riayət etməyə, sultan isə yetkinlik yaşına çatmayan qızlarla əylənməyə davam edir. Bu arada, ekspertlər ölkənin neft ehtiyatlarının 2035-ci ildə tükənəcəyini və Bruneydəki sabitliyin də neftlə birgə yox olub gedəcəyini proqnozlaşdırırlar.
 

Strateq.az