Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

12 Oktyabr 2017 - 17:59

Azərbaycanda lizinq bazarının vəziyyəti necədir? –Araşdırma


 

Azərbaycanda lizinqin  tarixi və mövcud vəziyyət

 

İlkin Qarayev,

Kiçik və Orta Müəssisələrin İnkişafına

Yardım Mərkəzinin prezidenti

 

Azərbaycanda lizinqin tarixi ölkəmizin müstəqillik əldə etdiyi dövrdən sonra başlayır. Ölkəmizdə lizinqin tarixini və inkişaf dinamikasını bir neçə mərhələyə ayırmaq olar. Belə ki, son 25 ildə Azərbaycanın lizinq bazarı bir müddət durğunluq dövrünü yaşamış, bəzən sıçrayışla inkişaf etmiş və müəyyən dövrlərdə də tənəzzülə uğramışdır.

 

Mərhələ 1. 1994-2003-cü illər

 

Azərbaycanda lizinq bazarının ilk rüşeymlərinin yaranmasını 1994-cü ildə qəbul edilmiş Lizinq haqqında qanunla bağlamaq olar. Qeyd etmək lazımdır ki, bu qanun keçmiş sovet respublikaları arasında ilk olaraq Azərbaycanda qəbul edilmişdi. Lakin bu dövrlərdə ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi və fəaliyyət göstərən maliyyə institutları hələ çox zəif idilər. Lizinq haqqında qəbul edilmiş qanunun kifayət qədər əhatəli və tətbiq baxımından əlverişli olmasına baxmayaraq, 2003-cü ilə qədər lizinq bazarında ciddi irəliləyiş müşahidə edilməmişdir.

 

Mərhələ 2. 2003- 2008-ci illər

 

Azərbaycanda lizinqin inkişafı, əsasən 2003-cü ildən başlayır. Bu dövr ərzində Azərbaycanın lizinq bazarı sürətlə inkişaf etmiş və 2008-ci ildə lizinq bazarının həcmi 100 milyon ABŞ dollarını ötüb keçmişdir. Lizinq bazarının belə sürətlə genişlənməsinin əsas səbəblərindən biri də ölkə iqtisadiyyatının inkişafı olmuşdur. Bu dövrdə Azərbaycanın imzaladığı neft müqavilələrindən əldə olunan gəlirlərin artması və ölkədə geniş infrastruktur layihələrinin başlaması, ümumilikdə biznes aktivliyin artmasına və nəticədə lizinq əməliyyatlarının genişlənməsinə gətirib çıxardı.

2003- 2008-ci illəri Azərbaycanın lizinq şirkətləri üçün "qızıl dövr" adlandlrmaq olar. Bu dövrdə lizinq şirkətlərinin portfelində hər il ən azı iki dəfə artım müşahidə edilmişdir. Ekspertlərin verdiyi məlumatlara əsasən 2008-ci ildə Azərbaycanın lizinq bazarının həcmi 200 milyon ABŞ dollarına çatmışıdı.

Bununla yanaşı 2003-ci ilin may ayında Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə dəstəyi ilə  Azərbaycanda Lizinqin İnkişafı Layihəsi (ALİL) həyata keçirilməyə başladı.  1 324 min dollar dəyərində olan bu layihə 2006-ci ilin may ayına qədər həyata keçirilməli idi, amma sonradan 2007-ci ilin may ayına qədər uzadılmışdır. Layihənin həyata keçirildiyi 4 illik dövrdə lizinqin inkişafı baxımından bir çox işlər görülmüş, lizinq şirkətlərinin sayı 3-dən 25-ə qədər artmışdı. Bu layihə çərçivəsində 651 konsultasiya keçirilmiş, 826 nəfər adamın iştiraki ilə 27 treninq baş tutmuş, 2 konfrans keçirilmiş, 2 internet saytı yaradılmış və 326 bülleten çap olunmuşdur. Layihə üzrə mütəxəssislərin tövsiyəsi ilə ölkənin "Mülki Məcəlləsində" 18 dəyişiklik baş tutmuşdur.

Beynəlxalq Maliyyə Korporasiyası (IFS) tərəfindən maliyyələşdirilən Azərbaycanda Lizinqin İnkişafı Layihəsinin əsas nailiyyətlərindən biri də, bu layihə çərçivəsində 2005-ci ildə  Azərbaycan Lizinq Şirkətlərinin Assosiasiyasının yaradılması (ALŞA) olmuşdur. Məlumatlara görə ALŞA-nın tərkibinə 11 lizinq şirkəti daxil olmuşdur. Assosiasiya 2008-ci ilədək aktiv surətdə fəaliyyət göstərmiş, bir sıra tədbirlər həyata keçirmişdir.

 

Mərhələ 3. 2008- 2013-cü illər

 

2008-ci ildən bir sıra imtiyazlar dayandırıldığına görə, Azərbaycanın lizinq bazarındakı artım nisbətən azaldı. 2008-ci ildə lizinq bazarının portfel həcmi  200 milyon ABŞ dollarına çatmışdısa,  2010-2011-ci illərdə bu rəqəm ən az 20% azalmışdır. Həmin illərdə lizinq şirkətlərinin portfelində tikinti məhsullarının istehsalı üçün avadanlıqlar, nəqliyyat vasitələri, ticarət avadanlıqlar üstünlük təşkil edirdi. Lizinq sahəsini tənzimləyən xüsusi dövlət qurumunun olmaması, lizinq alanların aldığı avadanlıqların ƏDV-ni əvəzləşdirə bilməməsi, lizinq şirkətlərinin maliyyə cəlb etmək çətinlik çəkməsi və digər məsələlər, bu illər ərzində lizinq bazarında ciddi irəliləyişlər nəzərə çarpmamışdır.

 

Mərhələ 4. 2013 – 2014 cü illər

 

Mərkəzi Bankın 2013-cü ildə qəbul etdiyi qərara əsasən ölkədə fəaliyyət göstərən kommersiya bankları tərəfindən bankın ərazisindən kənar yerlərdə kredit verilməsinə qadağa qoyulmuşdur. Bu hal lizinq şirkətlərinin o dönəmdəki fəaliyyətinə əlavə imkanlar yaratdı. Həmin dövrdə lizinq fəaliyyətinə konkret nəzarət edən orqanının olmaması, tənzimləyən qanunun 2003-cü ildə qüvvədən düşməsi, yəni mövcud qanunvericilikdə olan boşluqlar, lizinq şirkəti yaratmaq üçün əlavə heç bir lisenziyanın tələb olunmaması və prosesin sadəliyi bir çox sahibkarların lizinqə qarşı marağının artmasına səbəb oldu. Eyni zamanda ölkədə tikinti, tibb və digər sektorların inkişafı, lizinq məhsullarının inkişafına səbəb oldu.

2013-cü ildən etibarən, bir çox məişət texnikası mağazaları və avtosalonlar lizinq şirkətlərinə üz tutdular, bəziləri isə hətta özləri lizinq şirkətləri yaratdılar. Həmin illərdə bazarda yaranan lizinq şirkətlərinin sayı sürətlə bəzi mənbələr görə bir neçə dəfə artdı. 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən istehlak lizinqi xidməti göstərən şirkətlərə yazılı məktub formasında “Lizinq yolu ilə maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər”-kimi xəbərdarlıq olundu. Bunun tövsiyə xarakterli olmasına və heç bir qanuni əsası olmamasına baxmayaraq, bu xəbərdarlıq istehlak lizinqi sahəsində fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə ciddi təsir etdi və nəticədə avtosalonlarda lizinqin verilməsi prosesi dayandırıldı.

 

Mövcud vəziyyət

 

Hazırda Azərbaycanda lizinq münasibətləri Azərbaycanın Mülki Məcəlləsi (fəsil 38, maddə 747-751) və Vergi Məcəlləsi (maddə 123.1 və maddə 140) ilə tənzimlənir. Mülki Məcəllənin lizinq barədə qeyd edilən maddəsinin genişləndirilməsi nəticəsində bu sahəni tənzimləyən 1994-cü ildə qəbul edilən Qanun ləğv edilmişdir. Mövcud qanunvericilikdə lizinqin digər növləri – operativ və təkrar lizinqlə bağlı müddəalar əks olunmamışdır.

Vergi Məcəlləsinin 123.1 bəndi, maliyyə lizinqi həyata keçirən hüquqi şəxslərin ödəniş mənbəyindən tutulan vergilərə aiddir. Bu məcəllənin 140-cı maddəsi isə birbaşa maliyyə lizinqinə aiddir. Bu maddə əmlak icarəsinin hansı hallarda maliyyə lizinqi hesab olunduğunu, əmlakı icarəyə verən və icarəyə götürənin hüquqları, ödənilməli olan faiz dərəcələri və s. məsələləri tənzimləyir. Bununla yanaşı məcəllədə daha bir yerdə lizinq sözünə rast gəlinir ki, bu da 164.1.25. bəndində lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxal vergisi ödəməkdən azad olması ilə əlaqədardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində lizinq müqaviləsi, onun subyektləri və lizinqin obyekti kimi müddəalar öz əksini tapmışdır. Bu məcəlləyə əsasən lizinq daxili və beynəlxalq lizinq olmaqla iki formada təzahür edə bilər. Eyni zamanda sublizinq də bu məcəllə ilə tənzimlənir və bu zaman lizinq verənin mütləq yazılı razılığı olmalıdır. MM-yə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Bununla yanaşı lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri, lizinq zamanı mülkiyyət münasibətləri, lizinq ödənişləri, lizinqin uçotu, lizinq ödənişlər kimi müddəalar da bu məcəllədə öz əksini tapmışdır.

Qanunvericiliyə əsasən əmlak icarəsi Vergi Məcəlləsinin 140.2-ci maddəsində nəzərdə tutulan hallarda maliyyə lizinqi sayılır. Maliyyə lizinqi isə Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən maliyyə xidmətlərinə aid edilir və maliyyə xidmətlərinin göstərilməsi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq ƏDV-dən azaddır. Vergi Məcəlləsinin 140.6-cı maddəsində nəzərdə tutulan «İcarəyə verənin maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda» da həmin aktivlərin maliyyə lizinqi əməliyyatları çərçivəsində satılması ƏDV-dən azaddır.

Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmədiyindən maliyyə lizinqi müqaviləsinin obyekti olan əmlaka görə ödənilmiş ƏDV-nin məbləği lizinq verən tərəfindən büdcədən əvəzləşdirilmir və bu məbləğ lizinq obyektinin dəyərinə aid edilir.

2) Mülki Məcəllənin müddəalarına uyğun olaraq lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinqverənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin ümumi məbləği- lizinq obyektinin amortizasiya ödənişləri, onların əldə edilməsi ilə bağlı zəruri xərclər və bu məqsədlə alınan kredit faizləri, lizinqverənin mükafatının məbləği, sığorta üçün ödənilən məbləğ, lizinqverənin əlavə xidmətlərinin haqqı və digər xərcləri nəzərə alınmaqla müəyyənləşdirilir.

Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən icarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır və maliyyə lizinqi müqaviləsinə əsasən lizinqalanın lizinqverənə ssuda ödəmələrinin məbləği lizinqverənin gəlirlərinə aid edilir.

Qanunvericilikdə ifadə olunmasına baxmayaraq, Lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi ilə bağlı bir sıra lizinq şirkətləri ilə vergi orqanları arasında vergitutmanın tətbiqi və ƏDV öhdəliklərinin yaranması ilə bağlı fikir ayrılıqları mövcud olmuş və nəticədə lizinq şirkətləri belə əməliyyatların həyata keçirilməsini əhəmiyyətli dərəcədə məhsuslaşdırmışdır.

Lakin 12 yanvar 2017-cı il tarixdə keçirilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarı lizinq şirkətlərinin vergi orqanları ilə uzun müddət davam edən mübahisəyə son qoydu.

Artıq qəti, heç bir orqan və ya şəxs tərəfindən ləğv edə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz qərar aşağıdakıları təyin edir :

1. Lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

2. Lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alqı-satqı müqaviləsi bağlamalıdır. Alqı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqavilənin xüsusi olaraq lizinq məqsədləri üçün bağlandığı göstərilməlidir.

Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin müqavilənin ayrı-ayrı tərəfləri olması ilə yanaşı, eyni şəxs ola bilməsi istisna edilmir.

3.İcarəyə verənlə (lizinq verənlə) satıcı vergitutma məqsədləri üçün eyni şəxs ola bilər. Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektinin təqdim edilməsi qismində mənfəət vergisinə cəlb edilməli, həm də icarəyə verən (lizinq verən) kimi mənfəət vergisinə cəlb edilərək faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir.

Beləliklə yuxarıda qeyd edilmiş əməliyyatlar zamanı ƏDV üzrə öhdəliklər yaranmir.

Eyni zamanda qeyd etmək lazımdır ki, 2015-ci ilin fevral və dekabr aylarında baş verən manatın devalvasiyası bir çox lizinq şirkətlərinin tamamilə fəaliyyətini dayandırmasına gətirib çıxardı. Hal-hazırda bazarda fəaliyyət göstərən bir çox lizinq şirkəti yalnız lizinq ödənişlərinin toplanması ilə məşğul olur, aktiv lizinq fəaliyyəti göstərmirlər.

Hazırda Azərbaycanın bütün lizinq sektorunda olduğu kimi, Azərbaycan Lizinq Şirkətlərinin Assosiasiyasının fəaliyyətində də durğunluq hökm sürməkdədir. Hazırda Assosiasiyanın fəaliyyəti çox məhduddur, saytı demək olar ki, yenilənmir və bəzi səhifələr ümumiyyətlə xidmət olunmur.

Lizinq sahəsində 2017-ci ilin ortalarına olan vəziyyət və son illərin dinamikası onu deməyə əsas verir ki, hazırda ölkəmizdə lizinq bazarı özünün tənəzzül dövrünü yaşayır. Əgər lizinqin ölkəmizin qeyri-neft sektorunun inkişafında, investisiyaların artmasında, yeni texnoliogiyaların tətbiqinin sürətləndirilməsində oynaya biləcək rolunu nəzərə alsaq, Azərbaycanda bu sahənin inkişafı istiqamətində təcili və ciddi addımların atılmasının labüd olduğunu qeyd edə bilərik.

Bu məqalə Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilən “İqtisadi islahatlara ekspert dəstəyi” layihəsi çərçivəsində aparılan araşdırmalar əsasında hazırlanıb. 

Strateq.az