Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

25 Oktyabr 2017 - 18:49

Özünüöldürmə – intihar nədir:səbəblər və profilaktikası - ARAŞDIRMA

Şəmsəddin ƏLİYEV,

"Polisə dsətək" İctimai Birliyinin rəhbəri

 

Allahın əmanətinə xəyanətin kəffarəsi yoxdur”

Dünyada hər gün baş verən intiharların beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanması, bu problemin çağdaş dünyamızın, həyatımızın və “alın yazısının” bəlli həqiqətlərindən biri kimi qəbul edilir. Məhz bu səbəbdən də bütün bəşəriyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək üçün imkanlarımdan istifadə edib bəzi mülahizələrimi bölüşmək istədim.

İntihar nədir, özünəqəsd halları, Allahın əmanətinə xəyanəti doğuran səbəblər nədən yaşanır və beynəlxalq aləmdə statistik məlumatlar bu barədə nə deyir? Öncə bu suallara aydınlıq gətirək:

Özünüöldürmə – "suitsid" latın sözündəndir, "özümü öldürürəm" mənasını verir ("sui-cuedere"). Bir qayda olaraq, şəxsin müstəqil və könüllü olaraq özünü həyatdan məhrum etməsi ilə ifadə olunur. Fövqəladə dərəcədə mürəkkəb etik məsələdir və evtanaziyanı da özünü öldürməyə aid edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il dünyada təxminən 800 min (bəlkə də çox) özünüöldürmə faktları baş verir.

Həyatda özünü müharibədə və ya başqa ekstremal şəraitlərdə, alturist hisslərlə qurbanvermə qəhrəmanlıq nümunəsidir, özünüöldürməyə aid edilə bilməz.

AR CM-nin 125-ci maddəsində bu növ həyatdan məhrumetmə özünüöldürmə dərəcəsinə çatdırma kimi ehtiva edilir.

ÜST-nın məlumatına əsasən, hər 40 saniyədən bir yer kürəsində bir insan şüurlu olaraq özünə qəsd etməklə həyatdan gedir. Bu mənada 15-29 yaşlar arasında özünüöldürmə halları dünya miqyasında ikinci yerdə durur.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq  Mərkəzinin Təcili psixoloji mərkəzinin mlumatına görə, 2016-cı il ərzində 327 suitsid – intihar halları qeyd olunub. Mərkəzin qənaətincə, dünyada hər 100 min nəfərə düşən intihar faktlarının sayı 7 nəfər təşkil edir.

Azərbaycanda vəziyyət kritik deyil. Əgər 2015-ci il ərzində 515 intihar halları qeydə alınıbsa, qeyd etdiyim kimi, 2016-cı ildə bu rəqəm 327 olub.

Təbii, narahatlığa əsas var. Bəzən ictimaiyyət özünüöldürmə dərəcəsinə çatdırma faktlarından xəbərsiz olur, faktlar ictimailəşmir, çəkindirmə halları barədə məlumatlara, özünüöldürmənin səbəblərinə əhəmiyyət verilmir, onu doğuran şəraitin aradan qaldırılması ləng həyata keçirilir və yaxud səbəblərə adi hal kimi yanaşılır.

Bir qayda olaraq, düşünməliyik ki, bütün bəşər mahiyyətcə bir orqanizmdir. Bu orqanizmin hər hansı bir əzasına zərər toxunarsa, onun digər azaları da əziyyət çəkir. İntiharlar harda, hansı diyarda olursa-olsun, onu doğuran səbəblərlə beynəlxalq səviyyədə mübarizə davam etməlidir.

İntiharlara aparan problemlər: qurbananlar hansı hallarda intihara üz tutur?

 

Bu səbəblərə:

– şəxsi həyatdakı problemlər, ailə münaqişələri, boşanmalar, sevgidə “bəxtin gətirməməsi”, uğursuz sevgi, yaxın adamın ölümü, itirilməsi və yaxud doğma şəxsin xronik xəstəliyi; tənhalıq, əhatəsində olanların qayğısından məhrumolma, diqqətsizlik; ailədaxili münsibətlərdə xroniki və ya uzanan psixotravmatik şərait daxildir;

– təhsildə və işdə uğusuzluq;

– müflisləşmə, pul itkisi;

– sosial təcrübənin uğursuzluğu, məsələn, sosial qrupdan kənarda qalma, işin itirilməsi, karyerada qorxu və s. sosial izolyasiya;

– insanın razılığı və istəyi olmadan onun seksual oriyentasiyasının və ya gender məsələlərinin açıqlanması – autinq;

– ağır, müalicə olunmaz samotik xəstəliklər,

– psixi xəstəliklər, depressiya vəziyyəti.

ÜST-in məlumatına görə, depressiyaya məruz qalanların 15%-i özünü həyatdan məhrum edənlərdir.

Özünüöldürmə dərəcəsinə çatdırma hallarına təsir edən digər səbəblər də var:

– məqsədyönlü böhtan, hədələr, alçaltma halları; zorlamalar, fiziki əzab, işgəncə, döymə, konsertasion düşərgələrdə olarkən ağır şəraitə dözməmə;

– həyatdan doyma, yorğunluq, yaşamağa marağın olmaması;

– dini fanatizm, ritual özünüöldürmə və s. və i.a.

Qeyd olunan səbəblərin hər biri özünü həyatdan məhrumetməyə apara bilər. Amma  iradəsi zəif olanlar və  hərəkətlərini ölçüb-biçə bilməyənlər bu əməlin girovuna daha tez düşürlər. Təəssüf…

İntiharlara daha çox hansı ailə tiplərində  rast gəlinir?

 

Möhkəm və sağlam mühitin formlaşdığı ailələrdəki sosial əlaqələr suitsid riskini azaldır. Ailədə uşaqların, ələlxüsus qadınların olması, həmçinin hamiləlik halları həyatdan məhrumetmə faktorlarının aşağı düşməsinə təsir edən risk faktorlarıdır. Dini inanc, xüsusilə dini fəaliyyətlərdə iştirak etmək, hiperməsuliyyət, yaradıcılıq planlarının olması, habelə fiziki əzablardan uzaq olan ailələrdə özünüöldürmə aktları önlənilir.

Burada daha əhəmiyyətli rolu yaxınların və doğmaların dəstəyi: ailədki vəzifələrinin nədən ibarət olmasının fərqində olmaq (başa düşmək); tam məşğulluq (işsizliyin olmaması); psixoloji vərdişin mövcudluğu, məsələn, itkilərə dözə bilmək qabiliyyəti və s; optimizm halları oynayır.

Hüquq ədəbiyyatında bütün özünü öldürmələri şərti olaraq iki sinfə – qütbə bölmək olar: həqiqi və nümayişkəranə (parasuitsid və psevdosuitsid).

Bəzi halda özünüöldürmə (psevdosuitsid) affekt vəziyyətində baş versə də, daha çox qışqıraraq, “köməyə çağırmaqla” baş verir. Bunu bir növ ətrafın diqqətini özünə cəlb etmək üçün cəhd adlandırmaq olar. Bu hərəkət suitsidin nümayişkəranə sinfinə aid edilir.

Həqiqi suitsid (parasuitsid) isə, qeyd etdiyimizin əksinə olaraq, yaxınların və doğmaların reaksiyalarından asılı olmayaraq, dostlarının təsiri olmadan nəyin bahasına olursa-olsun həyatdan məhrum olmağı qarşısına məqsəd qoyur.

Bəzən şəxsin həyatı üçün təhlükə gözlənilməyən və təcili həyatdan məhrum olmağa səbəb olmayan davranışları da sonradan, tədricən onun həyatdan məhrum olmasına gətirib çıxarır. Lakin şəxs belə hallarda adi yanaşır, özü üçün təhlükə gözləmir. Məsələn, lazımi məşq keçmədən ekstrermal idman növü ilə məşğul olur. Hərbi təlimlərdə təhlükənin gözlənilməməsi, siqaretə, spirtli içkilərə dair asılılıq, tibbi yardımdan imtina və s. də bu qəbildəndir. Bəzi tədqiqatçılara görə, belə davranma özünüöldürmənin 3-cü sinfinə – gizli suitsidə aid edilir.

Özünüöldürməyə cəhd, özünüqəsdə cəhddir və yaxud əksinə. 

Özünü öldürməyə cəhdə ciddi yanaşmaq lazımdır. Çünki, böyük ehtimalla, belə hallar ölümlə nəticələnir. Lakin qarşısı alınırsa, belə hallarda da şəxsin sağlamlığına, psixoloji durumuna ciddi zərər dəyir, uzun vaxt ərzində sağlamlığı bərpa olunmur.

Zənnimcə, özünəqəsdə cəhdin qarşısı alınandan sonra özünüöldürməyə ikinci dəfə cəhd etmək ehtimalı yüksək olur.

 

İntiharların baş verməməsinə hansı faktorlar təsir edir?

 

Suitsidin baş verməsinin qarşısını almaq və ona mane olmaq üçün antisuitsidal faktorlar rol oynaya bilər. Təbii, bunun üçün özünüöldürməyə gətirib çıxara biləcək problemin həlli üsulu antisuitsidal baryerin formalaşmasına  imkan verəcək. Bir qayda olaraq, belə faktorlara realizə olunmayan (imkan xaricində olan yaradıcılıq planlarının yarımçıq qalması); özünü öldürmənin (özünəqəsdin) ağılsız bir akt olduğunu anlamaq; doğmalarına, yaxınlarına mənəvi və psixoloji əziyyətin, ağrının bəxş edəcəyindən çəkinmək (onlara rəhm etmək); özünüöldürmənin problemin həllinə təsir edəcək üsul olmadığını başa düşmək; habelə sosial və dini əsaslar, məsələn, islam və digər dinlər özünə qəsd etməyi böyük günah hesab edir. Bəzi ölkələrdə (Pakistan) belə şəxslərin ümumi qəbiristanlıqda dəfn olunmasına etirazlar edilir, onların cənazə namazları qılınmır və s. Çünki Allahın əmanətinə xəyanətin kəffarəsi yoxdur. Bəzi şəxslər üçün özünəqəsd aktı zəifliyin simvolunun əlamətidir.

Cəmiyyətdə özünüöldürməyə təsir edən sosial və demokrafik faktorlar da var. Məsələn, cəmiyyətdə belə halların sakit və ali hal kimi qəbul olunması, sosial, iqtisadi və siyasi arenada sosial stressə gətirib çıxaran qeyri-stabillik halları; miqrasiya kütləsinin artması; cəmiyyətdə etnik və mədəni xüsusiyyətlərin ictimai şüura neqativ təsir edən davranışlar (dindarlıq səviyyəsinin yüksək olması, “böyük ailələrin” adətlərinə dözməmə və s.)

 

Hansı yaş qrupunda intiharlara daha çox rast gəlinir, qadın və kişilər arasında bu nisbət necədir?

 

Təcrübə göstərir ki, yeniyetmələr və gənclər yaşlılara nisbətdə özünə qəsd etməkdə tərəddüdə qapılmırlar. 15-24 yaşda olanlar bu sırada irəlidədir.

İkinci yerdə 40-60 yaşda olanlar qərar turur.

Üçüncü yerdə ahıl yaşda olanlardır. Özünüöldürmə faktları bu yaşlarda da yüksək olur.

Kişilər qadınlara nisbətən, dörd dəfə çox özünə qəsd edirlər. Amma qadınlar dörd dəfə artıq bu cinayətə cəhd edirlər. Münaqişəli ailələrdə, tənha yaşayanlar arasında risk yüksəkdir.

Narkotik və psixotriop maddələrdən asılı, alkoqola aludə olanlar sırasında da depressiyaya meyilli şəxslər özünü öldürməyə tez qərar verənlərdir.

Yeniyetmələr arasında belə halların olması yoxsulluq, ailədəki dözülməz münasibət, spirtli içkilərə və narkotikaya meyl, təhsildə uğursuzluq (eyni zamanda sevgidə), uşaqlıq illərində zorakılıqlara  məruz qalma ilə daha çox bağlıdır. Bu, həm də sosial izolə edilmiş şəxslər və xroniki xəstələr arasında çoxdur.

Cəzaçəkmə müəssisələrində də özünə qəsd edənlərin sayı azadlıqdakılardan həmişə çox olub. Lakin təcrübə göstərir ki, Penitensiar Xidmətdə davam edən sosial islahatlar belə faktların qarşısının alınmasına təsir edə bilir.

Ümumiyyətlə, antisuitsidal – müdafiə xarakterli profilaktik tədbirlər sırasına ölkədə “etibarlı telefon”un və psixoloji yardım mərkəzinin yaradılması həmişəki kimi səmərə verər.

 

Hansı  profilaktik tədbirlər təsirli və daha effektiv ola bilər?

 

Psixi vəziyyətin erkən pozulmasının  identifikasiyası və  müalicəsi profilaktikanın mühüm strateji hissəsidir. Özünüöldürmənin profilaktikası və müalicəsinin əsas kriteriyaları şəxsiyyətdə antisuitsidal faktorların formalaşdırılmasıdır. Bu, son nəticədə suitsidal davranışın və suitsidal halların realizəsinin və inkişafını bloklaşdırır.

Qeyd etmək lazımdır ki, ümidsizlik hallarının mövcudluğu zamanı medikal metodlardan çox, davranışlara təsir edəcək psixoterapiya metodlarından faydalanmaq lazımdır. Pasiyentin depressiya zamanı psixoloji durumu onun ümidsizliyə qapılmasında nüvə rolunu oynayır. Bu hal onu özünüöldürməyə sövq edir. Bu mənada pasiyentin müalicəsində psixoterapiya travmoterapiyadan daha effektli təsir bağışlayır.

Suitsidal fəaliyyətə qarşı profilaktik sistemin təşkilində ruhi pozuntusu olan şəxslərin stiqmatik və ayrı-seçkilik hallarına qarşı mübarizənin davam etdirilməsi önəmlidir. Stiqmatik və ayrı-seçkilik metodlarının suitsidal tendensiyalara qarşı mübarizə aparan xidmət sahiblərinə, onların doğmalarına qarşı istifadəsi də yolverilməzdir. Bütün affekt vəziyyətlərində psixoformakoloji – dərman pereparatları ilə müalicə üsuluna üstünlük vermək lazımdır. Pereparatların qəbulu özünüöldürmələrin sayının azalmasına təsir edir. (Dərman vasitələri şəxsiyyətin aqressivliyini zəiflədir, çılğınlığını aşağı salır, bununla yanaşı ümumi ölüm hallarının zənciri qısalır).

Özünüöldürməyə hazırlıq necə aparılır?    

 

Həqiqi suitsid zamanı şəxsin özünə qəsd etməyə hazırlığı müəyyən vaxt ərzində baş verir – bir neçə gündən, bir neçə ilə qədər. Aktın subyekti uzun müddət özünüöldürmənin səbəblərini təhlil, saf-çürük edir, mümkün nəticələri gözünün qabağına gətirir, müxtəlif üsulların səmərə verəcəyinə baxır, hərəkətlərinin  həyata keçməsi üçün etibarlı ssenari planlaşdırır.

Özünüöldürmə aktından əvvəl suitsidentdə terminal davranışa meyl artır. Necə deyərlər, “özünü sahmana salır”: borcları varsa ödəyir, bankda olan hesabını bağlayır, düşmələrindən imdad istəyir; (bağışlanma), evdə böyük səliqə-sahman yaradır; doğmalarla, yaxınlarla “vida” ziyarətinə başlayır; şəxsi əşyalarından xatirə kimi dostlara, yaxınlara pay verir və s. Yeniyetmələr isə uşaq oyuncaqlarını hədiyyə olaraq pay verir.

Özünəöldürmə faktlarının 15-dən 45%-i ölümündən qabaq vida qeydi, öz günahı ilə bağlı yazılar qoyur. Bəziləri bədənini tam təmziləyir, öncədən defekatsiya edir. Psixoloji bxımdan bəzən yaxın ətrafından üzrxahlıq edir və s.

 

İntiharın ən çox yayılan növləri

 

Özünüöldürmə hallarının ən çox yayılan növləri aşağıdakılardır:

– asma;

– boğma

– batırma

– zəhərləmə (zəhərlə, yuxu dərmanı və narkotik maddələrlə),

– yandırma

– kəsici predmetlərlə əlini, damarlarını kəsmə

– qədim Romada xəncərlə dəlib-deşmə

– Yaponiyada ritual öldürmə

– odlu silahla

– elektrik enerjisi ilə

– nəqliyyat vasitələrinin altına atma

– yüksəklikdən tullanma

– yeməkdən imtina və s.

Dünyada daha çox istifadə olunan üsullar:

– odlu silahdan istifadə yolu ilə – 52,1%

– asılma və ya boğulma – 22,1%

– zəhərləmə – 17,6%

– sair metodlarla – 8,7 %

 

Dinlərdə intiharlara münasibət necədir?

 

Demək olar ki, bütün  dinlərdə – yəhudi, xristian və islamda özünəqəsd böyük günah sayılır. Lakin bəzi istisnalar da var.

Xristian dininə görə, özünüöldürmə ağır günahlardan sayılır. Bir tərəfdən şəxs özünə qəsd edir, digər tərəfdən ümidsizliyə qapılsa da, çarəsizlik vəziyyətinə ğörə günahı bağışlanmır. Yeganə istisna hal – ruhi xəstəliklərin və anlaqsızların hərəkətlərinə cavab verməməsinə görə törətdikləri akt onlara günah sayılmır. Belələrinə dəfn zamanı dualar edilir. Bu da o halda ola bilər ki, ilahiyyatçı onun ağıldankəm olduğuna inanır.

Əvəllər özünə qəsd edənləri ayrı qəbiristanlıqda dəfn edirdilər. Belə təcrübə bəzi ölkələrdə  bu gün də davam edir və  mədəni adətlər sırasında yer alır. Məqsəd özünüöldürmə hallarının qarşısını almaqdan ibarətdir. Günaha batan belə şəxslərin ümumi qəbiristanlıqdan kənar dəfn olunması 1950-ci ilə qədər davam etmiş, bəzi yerlərdə bu gün də var.

Əgər şəxs başqalarının həyatını xilas etmək niyyəti ilə şüurlu şəkildə ölümünə qərar verirsə, o, özünü ümumi məqsəd naminə qurban vermiş olur, necə deyərlər, alturist hərəkət onu qəhrəmanlığa yüksəldir.

İslam dininə görə, özünəqəsd böyük günah sayılır. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s) buyurur: “Özünü dəmirlə (bıçaq, xəncər və s.) öldürən şəxs əsrlərlə cəhənnəmdə həmin aləti özü ilə daşıyacaq, özünü zəhərləyən zəhər otundan içəcək, yüksəklikdən özünü ataraq intihar edənlər o dünyada da, qiyamət gününə qədər özünü yüksəklikdən atacaqdır”.

Hədislərə görə, özünə qəsd edənlərə cənazə namazı qılmağı peyğəmbərimiz məsləhət bilməyib. Bu mənada "Allahın bəxş etdiyi əmanətə bəndə necə xəyanət edə bilər?" anlamına gəlirik.Övliyaların dediyi kimi: ”Allahın əmanətinə xəyanətin kəffarəsi yoxdur”.

Buddizmə görə, qoca yaşlarında özünü qana boyayaraq neytrallaşdırmaq mümkün hesab edilir. Başqa hallarda özünəqəsd “xeyirxah əməl” sayılmır.

Yaponların dininə görə, özünüöldürmə, qarnını xəncərlə yırtmaq – “xarakiri” cəzalandırma yox, mükafatlandırma xarakteri daşıyır. Özünüöldürmənin bu forması ya hökmə əsasən cəza növü kimi, yaxud da könüllü olaraq törədilə bilər. Yəni, belə hərəkət samurayın şərəfinə toxunan hərəkətlərə qarşı, samuraya sədaqət nişanəsi kimi qəbul edilir.