Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın sabiq prezidenti Sabit Bağırov:“Heydər Əliyevə təcili məktub yazdım, o da kontraktı ləğv elədi” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018

Digər Xəbərlər

16 Aprel 2018 - 14:29

Yaxın Şərqdə Qərbin nə qədər ordusu var? –Araşdırma

Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyət fonunda bu ərazidə cəmləşən, Qərb və Rusiyanın maraqlarına xidmət edən silahlı qüvvələrin sayı barədə araşdırma aparılıb.

Strateq.az Axar.az-a istinadən həmin araşdırmanı təqdim edir:

ABŞ-ın Yaxın Şərqdəki varlığı

Yaxın Şərqin 12 ölkəsində təxminən 54 min ABŞ əsgəri yerləşdirilib. Sözügedən ölkələrin yeddisində isə ABŞ-ın hərbi bazası var. ABŞ qüvvələrinin mövcud olduğu Yaxın Şərq və Afrika ölkələri bunlardır: Misir, İsrail, Livan, Suriya, İordaniya, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, BƏƏ, Qətər və Bəhreyn.

ABŞ eyni zamanda müttəfiqi olduğunu söylədiyi PKK-PYD ilə Suriyanın şimalı və şimal-şərqində geniş əraziləri nəzarətdə saxlayır ki, burada da Vaşinqtonun 2 aviabazası və 8 hərbi mövqedə yerləşdirilmiş xüsusi təyinatlı dəstələri və hərbi ləvazimatı olduğu qeyd olunur.

ABŞ-ın ən böyük bazası Qətərdə yerləşir. Qətərdəki Übeyd aviabazasında təxminən 11 min ABŞ əsgəri xidmət aparır. Bir neçə ABŞ bazasının mövcud olduğu Kuveytdə isə təkcə Doha hərbi bazasında bu rəqəm 10 minə bərabərdir. Bazada bundan əlavə mindən artıq tank, yüzlərlə təyyarə və helikopterin olduğu qeyd olunur.

Rusiya bundan sonrakı 50 il ərzində Aralıq dənizində olacaq

Rusiya Suriyaya müdaxiləsini 2015-ci ildə məhdud sayda hərbi hava qüvvələri ilə başlatsa da, bu gün bölgədəki ən vacib faktor mövqeyinə gəlib çatıb. Rusiya Prezidenti Vladimir Putinlə Suriya rejimi arasında 2016-cı ildə imzalanan anlaşmaya görə, Suriyanın Aralıq dənizi sahilindəki Latakiya ərazisində yerləşən Hmeymim aviabazası 50 il müddətinə Kremlin sərəncamına verilib. Rusiya həmçinin Tartusda yerləşən bazadan da istifadə edir.

İraqın işğalı davam edir

BƏƏ-nin paytaxtında yerləşən Fransaya məxsus bazada təxminən 700 əsgərin olduğu təxmin edilir. İngiltərə isə 2014-cü ildə Bəhreyn, BƏƏ və Omanda hərbi baza yaratmaq təşəbbüsləri çərçivəsində ötən həftə Bəhreyndə ilk daimi hərbi-dəniz bazasını açıb. İraqda 2003-cü ildəki ABŞ işğalının ardından hələ də minlərlə əcnəbi əsgər, ölkənin müxtəlif ərazilərindəki hərbi düşərgə və bazalarda “tədris və ya strateji əraziləri qoruma” məqsədi ilə saxlanılır.

Cibuti

Aralıq dənizi ilə Hind okeanını bir-birinə bağlayan Qırmızı dəniz – Ədən körfəzi xəttinin keçid nöqtəsi sayılan Babül-Məndab boğazında yerləşən ərəb ölkəsi Cibutidə hazırda Fransa, ABŞ, İtaliya, Yaponiya və Çinin hərbi bazaları yerləşir. Səudiyyə Ərəbistanının da yaxın vaxtlarda bu Şərqi Afrika ölkəsində hərbi baza açmağı planlaşdırdığı qeyd olunur.