Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

10 İyun 2018 - 11:27

ERMƏNİLƏR STRATEJİ POST İTİRDİKLƏRİNİ TƏSDİQLƏDİLƏR:"Ermənistanı İran və Qarabağla bağlayan dövlətlərarsı yol göz altındadır"

Ruben Qrdzelyan

regnum.ru, 09.06.2018

 

8−9 iyunda Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində Ermənistanla təmas xəttində yerləşən Günnüt kəndini azad etdiyi haqda Bakıdan mediakontentlə möhkəmləndirilən məlumat, Ermənistan və Azərbaycanın sosial şəbəkələri və internet nəşrlərini doldurub. İrəvan hadisələrlə bağlı öz versiyasını irəli sürüb.

Azərbaycan tərəfinin yaydığı foto və videoda mülki şəxslər məzarlara baş çəkir, gül qoyur və dua edirlər. İrəvan iddia edir ki, Ermənistan tərəfinin nəzarətində olan məzarlığa azərbaycanlıların baş çəkməsinə özü icazə verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sosial şəbəkələrdə yazdığına görə, Ermənistan tərəfi Azərbaycandan bir qrup dinc sakinə Günnüt kəndinin  xarabazarlıqları yaxınlığındakı məzarlığa yaxınlaşmağa imkan verib. Azərbaycan tərəfi 6-7 iyunda Ermənistan Respublikası Silhalı Qüvvələrinin komandanlığına müraciət edərək, bəzi vətəndaşların dağıdılmış Günnüt yaşayış məntəqəsinin cənub ətəyindəki qəbristanlığa baş çəkmələrinə icazə verməyi xahiş edib. Ovannisyan yazıb: “Biz bu istiqamətdə bu cür xahişi ilk dəfə almışıq”. (Strateq.az-dan zəruri qeyd: Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə Ovannisyanın bəyanatını təkzib edərərk, bunu erməni ictimaiyyətini aldatmağa hesablanmış uydurma adlandırıb-red. )

Ermənistan Müdafiə Nazirliyinin təmsilçisinin sözlərinə görə, Ermənistan tərəfi humanitar normalara sədaqəti saxlayaraq gərginliyin azalması üzrə daim addımlar atmaqla, dinc vətəndaşlara qısa müddətə məzarlığa yaxınlaşmağa icazə verməyə razılaşıb.

Lakin Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan tərəfi öz mövqeyini təsdiqləyən hər hansı material təqdim etməyib.

Şəbəkə istifadəçiləri tutarlı suallar verirlər: xahiş yazılı idi, yoxsa şifahi və bu humanitar aksiyanın Ermənistan tərəfindən çəkilişi niyə aparılmayıb?

Mahiyyətcə bu təbliğat əhvalatında tonqala benzini bu fakt əlavə edib ki, azərbaycanlılar mayda təmas xəttinin məhz bu sahəsində özlərinin ön mövqelərini, həqiqətən, dəyişərək daha əlverişli yüksəklikləri tutublar.

Bir ay qabaq İrəvanda hökumət formalaşdıranda Azərbaycan SQ neytral ərazidə (iki tərəfin ön postları arasında) irəliləyərək daha əlverişli mövqe tutub və yeni ərazilər üzərində nəzarət əldə edib. Durumun qəlizliyi bundadır ki, azərbaycanlıların tutduqları hakim yükəskliklərdən Areni kəndi və faktiki olaraq Ermənistanın mərkəzini İranla, Dağlıq Qarabağla və Sünik vilayəti (Zəngəzur) ilə bağlayan dövlətlərarası avtomagistral göz altındadır.

Arenililərin özlərinin sözlərinə görə, kəndin başı üstündəki Azərbaycan postu hələlik heç bir narahatlıq törətmir, lakin atışmalar təmas xəttinin məhz bu sahəsində baş verir. Areni sakinləri iddia edirlər ki, mayın axırında Ermənistan Müdafiə Nazirliyinin ön xətdə işləyən traktoru minaatandan atəşə tutulub, mülki kənd təsərrüfatı texnikası da atəşə tutulur. Lakin Artsrun Ovannisyan “Regnum”-la  söhbətdə bu məlumatı təkzib edib.

Amma  sakinlərə 25 il qabaqkı xatirələr toxunur – o zaman onları məhz bu yüksəklikdən düşmən artilleriyası atəşə tutub. Azərbaycan qüvvələri müharibənin gedişində bu yüksəkliklərdən vurulub çıxarılıb, onların yerini ermənilər tutublar. Amma ermənilərin iddia etdiklərinə görə, azərbaycanlıların tutduqları yüksəkliklər Ermənistan tərəfindən istifadə edilməyib, oradakı postu məhz erməni hərbçiləri qurublar…

Bir şey aydındır ki, bu yüksəklik neytral zonada yerləşib və 90-cı illərin  əvvəlində oranı tutan və mühəndis işləri aparan erməni hərbçiləri sonradan buranı  tərk ediblər. Görünür, hesab ediblər ki, Azərbaycan tərəfi oranı tutmayacaq, ya da belə bir imkanı yoxdur.

Lakin mayın iki həftəsi ərzində Naxçıvan tərəfdən yol salınıb və yüksəklik ələ keçirilib. Rəsmi İrəvan hələlik duruma tam nəzarət etdiyini iddia etdikcə, sosial şəbəkə istifadəçiləri öz hesablama və araşdırmalarını aparır, elektron xəritələrdən faydalanaraq durumu yerində dəyərləndirirlər.

Bu araşdırmalara əsasən, irəliləmək nəticəsində tam 1200 hektar ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Ermənistan Müdafiə Nazirliyi vətəndaşların artan marağını qane etmək üçün ön cəbhənin bu sahəsinə ən yaxın gələcəkdə press-tur təşkil etmək və jurnalistləri durumla yerində tanış etməyə söz verir. Belə deyək, durumun Ermənistan tərəfinin nəzarətində olduğunu sübut etmək üçün. Ermənistan İctimai Televiziyası bazar günü xəbərlərində geniş reportajla bu mövzuya müraciət etsə də, verdiyi cavablardan çoxlu suallar yaradıb.

Artsaxın (qondarma “DQR”-in – tərc.) “Müdafiə Nazirliyinin” mətbuat katibi Senor Asratyan da bəyanatla çıxış edərək baş verənlərə nisbətdə həvəskar rəylərinin tirajlanmasını – ki, Bakı təbliğatının genişlənməsinə şərait yaradır – dayandırmağa çağırıb. Asratryan qeyd edib: “Mənim dərin qənaətimə görə, Ermənistan sosial şəbəkə istifadəçiləri tərəfindən sosial şəbəkələrdə cürbəcür şərhlər şişirdilib və duyğusaldır.  Təmas xəttində bu cür yerdəyişmələr ötən illərdə dəfələrlə qeydə alınıb, hətta tez-tez Ermənsitan tərəfindən və xeyli taktiki nəticələrlə törədilib”.

Durum, həqiqətən də, fövqəladə deyil, tərəflər təmas xəttinin Naxçıvan istiqamətində daha uduşlu taktiki mövqe tutmaq üçün zaman-zaman mövqeləri dəyişiblər. Ermənistan Silhalı Qüvvələri 2014-cü ildə yenə də Naxçıvan istiqamətində yeni mövqe tutaraq on minlərlə hektar üzərində nəzarət qurub. Azərbaycan Silhalı Qüvvələri Areni kəndinə, Ermənistan-İran və Ermənistan-Artsax dövlətlərarası strateji yola göz qoyurlarsa, Ermənistan da Azərbaycan-Türkiyə sərhədində Sədərək Nəzarət Buraxılış Məntəqəsinə göz qoyurlar.

Müşahidə taktiki mənada az şey verir, amma durumun müəyyən inkişafı, məsələn, fəal hərbi əməliyyatlar zamanı strateji planda prinsipal vəzifələrin həlli üçün tam istifadə edilə bilər. Misalçün, bu gün var olan mövqelərdən Ermənistanın şimalıyla cənubunu birləşdirən yolu, yaxud Azərbaycan-Türkiyə sərhədindəki yeganə Nəzarət Buraxılış Məntəqəsini atəşə tutmaq olar. Yəni, bu cür mövqelər özlüyündə tamamilə stratejidir.

Tərcümə Strateq.az-ındır.