XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

08 Fevral 2019 - 13:44

XƏZƏRİN AZALAN SUYU VƏ İRANIN SU NƏQLİ LAYİHƏSİ:ekspertlər ekoloji fəlakət xəbərdarlığı edirlər – Araşdırma

Hamshahri (İran), 06.02.2019

 

Mazandaran əyalətinin ətraf mühitin problemələri üzrə İşçi qrupunun katibi qəti inamla bildirib: “Xəzərin suyu ölkənin mərkəzi bölgələrinə çəkilsə, onda dəniz daha da şorlaşar”.

“Xəzər suyunun boru kəmərlərilə Semnan bölgəsi rayonuna verilməsi – təkcə pis öyrənilmiş addım deyil, həm də sadəcə səmərəsi azdır. Buna əlavə etmək gərəkdir ki, Xəzərin özündə suyun səviyyəsi və miqdarı Volqa çayı üzərindəki  külli miqdarda bəndlərə və Rusiya ərazisində yerləşən saysız-hesabsız su anbarlarına görə daim aşağı düşür” – Mazandaran ekologiyası üzrə İşçi qrupun katibi Əziz Abbasi belə bir fikir ifadə edib.

“ISNA” İA-nın məlumatına görə, o, qeyd edib ki, Volqa çayı Xəzər akvatoriyasını 80%-dən çox təmin edir, amma bu zaman sıradakı fikri bildirib: “Xəzər suyunun Semnana verilməsi ətraf mühit üçün ciddi nəticələr törədəcək, çünki borularla duzdan arıdılmış su getməyəcək. Amma, bax, bu, Xəzərdəki suyun səviyyəsinə hiss olunası təsir göstərmir”.

Mazandaran ostanının (əyalətinin) ekologiya problemləri üzrə işçi qrupunun katibi Xəzər suyunun ölkənin iç bölgələrinə göndərilməsi üçün planlar haqda sıradakını yada salıb: “Ekologiya problemləri üzrə bəzi ekspert və fəalların gətirdikləri arqumentlər yetərincə duyğusaldır, amma az ölçülüb-biçilmiş hərəkətlərə yol verməmək üçün yetərincə əsaslandırılmış və məntiqli arqumentlər gətirmək lazımdır”.

Abbasi həm də xatırladıb ki, Xəzər suyunun ümumi həcmi Fars körfəzindəki beləsindən az geri qalır və sıradakını qeyd edib: “Cənubdan Xəzərə tökülən Səfidrud, Xərraz, Təcən və başqa bir sıra çaylar Xəzər dənizi suyunun səviyyəsinin saxlanmasını cəmi 4% təmin edir”.

Bununla yanaşı, məlumdur ki, Mazandaran sahili yaxınlığında Xəzər akvatoriyasının su ilə təchizatı artıq indi mütəxəssis və ekspertlərin ciddi narahatlıq predmetidir.

Əziz Abbasi işarə edib ki, Xəzər dənizi yaxınlığında səhra ərazilərdə orta istiliyin yüksəlməsi buxarlanmanın artımına gətirir. O, Xəzər suyunun səviyyəsinin düşməsinin sıradakı əsas səbəblərini sadalayıb: ümumi iqlim dəyişikliyi (istiləşmə), böyük sayda bənd və su anbarları üzündən Volqada axının azalması, habelə akvatoriya bölgəsində Yer qabığının müşahidə olunan yerdəyişmə və çökməsi.

Mazandaranın ekologiya problemləri üzrə işçi qrupunun təmsilçsi məlumat verib ki, ölkənin Energetika Nazirliyi təsdiq edib: “Semnan bölgəsinin Xəzər suyu ilə təchizatı indi mümkün görünmür”. Amma bu, dənizin qurumasıyla bağlı deyil. Məsələ burasındadır ki, boru kəmərlərinin Mazandaran əyalətinin meşə bölgələri üzərindən çəkilişi ekologiyaya xeyli ziyan vurar.

Əziz Abbasi öz tərəfindən dəqiqləşdirib ki, Xəzər suyunu çatdıracaq boru kəmərlərini, əslində, meşələrdən keçirmək lazım gələcək. Bundan başqa, meşə ərazisinin önəmli bölümünü nasos stansiyaları qurğularına vermək lazım gələcək. Bütün bunlar da ətraf mühitə, dənizyaxası meşələrin bitki və heyvanatına qaçılmaz ziyan vuraracq.

Nəşrin ekspertinin sözlərinə görə, sahilboyu zonanın infrastrukturunun yenidən qurulması daha bir qaçılmaz problemə çevriləcək. Bu problemin həlli, habelə boru kəmərinin çəkilişi üzrə işlər indi həyata keçirilməsi mümkün olmayan yalnız nəhəng maliyyə axını nəticəsində mümkün olar. Amma hətta bu da başlıcası deyil, boru kəmərləri ilə iç bölgələrə tədarük edilə biləcək, Semnan əyalətində su qıtlığını tam bağlaya bilməyən həcmdir.

İşçi qrupun təmsilçisi habelə Semnan əyalətində həm əhalinin, həm də sənayenin işlətdiyi içməli su haqqında yanlış statistik məlumatlardan gileylənib. Ekspert vurğulayıb ki, energetika nazirliyi hazırda bu layihələrin həyata keçirilməsini (boru kəmərlərinin salınmasını) mümkün saymır, amma onun sözlərinə görə, bununla yanaşı, “lehinə” çıxış edənlər də var. Onların arqumentləşdirməsi buna müncər olunur ki, səhra ərazilərə inkişaf impulsu vermək, əhalini ora cəlb etmək və yeni iş yerləri yaratmaq mümkün olacaq. Ekspert bununla bağlı qeyd edib: “Amma qaçılmaz sosial nəticələri heç kim yada salmır”.

Abbasi həmçinin suyun Oman körfəzindən nəqlinin oxşar planlarını yada salıb və qeyd edib ki, körfəzə bitişik bölgələrin də əlavə su qaynaqlarına ehtiyacı var. Ekspert deyib: “Oman suyunun nəqli haqda qərar alınarsa, onda, ehtimal ki, həmin bölgələrdə su qıtlığıyla bağlı çətinlikləri həll etmək mümkün olacaq”.

Amma hökumət Xəzər suyunun Semnana nəqli üzrə işləri təmin etməyə hazır olduğunu bildirib. İslam Respublikasının ətraf mühitin qorunması üzrə Təşkilatının başçısı vurğulayıb – söhbət əhalinin yalnız içməli su kimi işlədəcəyi suyun nəqlinə icazədən gedir. Müəssisə başçısı əlavə edib: “Energetika Nazirliyi Xəzər suyunun aparılması üzrə hətta layihə sənədləşdirməsinə vəsaiti hələ də təqdim etməyib”.

“İSNA” İA-nın xəbər verdiyi kimi, Xəzər suyunun Semnan əyalətinə nəqli layihəsinin həm çoxlu tərəfdarı, həm də qarşı çıxanı var, özü də aralarındakı ziddiyyət yetərincə kəskindir. Sözsüz, hamı bilir ki, ölkə prezidenti Həsən Ruhani ötən dekabrda Semnana işgüzar səfər edərək bildirib ki, məsələ hökumət səviyyəsində həll olunub. Prezident deyib: “Hökumət hesab edir ki, bu layihənin gerçəkləşdirilməsinə hazırlıqla  bağlı bütün çətinliklər artıq aradan qaldırılıb. Su tez bir zamanda İranın şimalından Simnan əyalətinə getməlidir. Bütün texniki ayrıntılar da araşdırılıb. Və əgər sabah suyun şimaldan ölkənin mərkəzi bölgələrinə nəqli üzrə layihənin gerçəkləşməsinə yatırım qoymaq istəyən yatırımçı tapılarsa, onda dövlət və hökumət ona gərəkli hər şeyi təqdim etməyə hazır olacaq”.

Prezident ondan danışır ki, Xəzər suyunun Semnana nəqli üzrə planların gerçəkləşdirilməsi yolunda bütün maneələr artıq ləğv edilib, habelə hökumətin layihənin icrasına hazır oldğunu təsdiqləyir. Lakin prezidentin müavini və ətraf mühitin qorunması üzrə Təşkilatın başçısı İsa Qələndəri müsahibələrin birində deyib: “Energetika Nazirliyi öz razılığını indiyə qədər rəsmən təsdiq etməyib və hələlik gərəkli vəsaiti ayırmayıb”.

Qələndəri qeyd edib ki, onun idarəsi suyun yalnız içməli su kimi, habelə sanitar ehtiyaclarına gərəkən həcminin nəqlinə razılıq verir. Məmur xülasə edib: “İdarə ondan kənd təsərrüfatının ehtiyaclarına yararlanmağa etiraz edir”.

Təşkilat başçısı habelə əlavə edib ki, Xəzər suyunun aparılması layihəsinin ekologiya baxımından ciddi ekspert dəyərinə ehtiyacı var. O, layihə gerçəkləşdirilərkən bütün ekoloji norma və standartları gözləməyi təkid edir. Energetika Nazirliyi gərəkli vəsaiti ayırsa, işlər də başlansa, Təşkilat gözlənilməli olan bütün normaları ictimaiyyətin diqqətinə çatdırar.

Qələndəri Xəzər sahilindən nəql edilməsi nəzərdə tutulan sudan onun idarəsinin sənaye və təsərrüfatda istifadəsinə prinsipcə razı olub-olmadığı haqda sualı cavablandıranda qeyd edib: “Layihənin sənaye ehtiyacları üçün gerçəkləşdirilməsi çox böyük xərc tələb edir. Amma su nəqlinin iqtisadi baxımdan yeri olduğu, doğrudan da, sübut olunarsa, özəlliklə də iqtisadi gurultu doğurarsa, habelə norma və standartlara uyğun həyata keçirilərsə, onda idarə heç bir problem görmür”.

“İSNA” İA məlumat verib ki, ölkənin şimal bölgələrinin ictimai təşkilat təmsilçiləri layihənin gerçəkləşdirilməsinə qarşıdırlar. Onların etirazları o qədər ciddidir ki, Behşehr, Neka və Qaluqah şəhərlərinin sakinlərinin İslam Respublikasının parlamentindəki (məclisdə) təmsilçisi Əli Məhəmməd Şairi nisbətən yaxınlarda bildirib: “Şəxsən mən nə qədər sağam, Xəzər suyunun Semnana ötürülməsinə razılıq vermərəm”.

Bu məntəqələrin təmsilçisi qeyd edib ki, Xəzər suyunun nəqlinin özəl ekoloji  ekspertiza keçirilməsinə ehtiyacı var. O vurğulayıb: “Ətraf mühitin qorunmassı üzrə Təşkilat hələlik öz icazəsini verməyib və ekspert qiyməti də indiyədək təqdim edilməyib. Ekspertiza keçirilməyincə və qənaəti ətraf mühitin qorunması üzrə Təşkilat tərəfindən bəyənilməyincə belə layihələrin icrası qanunsuzdur”.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə