XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 17:14

Dünyanı narahat edən üç əsas problem –Məşhur araşdırma mərkəzi açıqladı

Dünya əhalisi iqlim dəyişikliyinin ölkələrinə ciddi təhdid yaratması fikrilə razılaşırlar. Bunu “Pew” araşdırmalar mərkəzinin ötən ilin yazında 26 ölkədə keçirdiyi rəy sorğusu üzə çıxarıb. 13 ölkənin sakinləri isə iqlim dəyişikliyini beynəlxalq təhdidlər içində birinci yerə qoyur.

Ancaq qlobal istiləşmə narahatlıq mənbələrindən yalnız biridir. Özəlliklə İŞİD kimi tanınan İslam Dövləti silahlı qruplaşmasından qaynaqlanan terrorçuluq, kiberhücumlar təhlükəsizliyə böyük hədələr kimi sadalanır.

Rusiya, Fransa, İndoneziya, Nigeriya daxil olmaqla, rəy sorğusu keçirilən ölkələrin səkkizində İŞİD başlıca təhdid hesab olunur.

Yaponiya və Birləşmiş Ştatlar daxil dörd ölkədə isə adamlar digər ölkələrin kiberhücumlarını əsas beynəlxalq narahatlıq mənbəyi hesab edirlər. Bircə ölkədə – Polşada Rusiyanın gücü və nüfuzu əsas hədə sayılır, digər yerlərdə isə Rusiyanın böyük narahatlıq mənbəyi olduğunu düşünənlər çox deyil. (azadliq.org)





Yuxarı Əvvələ Ana Səhifə