XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

18 Aprel 2019 - 10:25

NOTR-DAMDA MÜSƏLMAN MEMARLIĞININ İZLƏRİ:avropalıların unutduğu tarixi həqiqətlər

Diana Dark

“Middle East Eye”, 17.04.2019

 

Bazar ertəsi günü Notr-Dam kilsəsi gözümüz önündə yandı, amma çox az adam bilir ki, Paris kafedralının orijinal arxitektura dizaynı, əkiz şpilləri (qüllələri), güllü şüşələri və s. mənşəyinə görə Yaxın Şərqdəki sələflərinə borcludur.

Kilsəni Avropa irsimizin və eyniyyətimizin rəmzi olaraq göylərə yüksəltdik, dünyanın dörd bir yanından ianələr axmağa başladı. Fransa prezidenti Emmanuel Makron millətə müraciət edərək, “Hamımız yandıq”, – dedi.

 

“Badamın qəlbi”

Əkiz qüllənin dizaynı ilə başlayaq.

Ona ən erkən nümunə – Suriyanın şimal-qərbində, İdlib əyalətində, 5-ci əsrin ortalarına aid kilsədir.

Bu kilsəyə ərəbcə “Qəlb lozə” (“Badamın qəlbi”) adı verilib və Suriya kilsə memarlığının ən yaxşı saxlanılan nümunələrindəndir – Roma dövrünə məxsus möhtəşəm şəkildə proporsional bazilika.

“Badamın qəlbi”

Kilsə 2011-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. “Ölü şəhərlər” kimi də tanınan, 4-6-cı əsrlərə aid, 2 mindən çox kilsəsi olan, daşdan inşa edilmiş təxminən 800 Bizans yaşayış məntəqələrindən birində yerləşir.

Müharibədən əvvəl Suriya Mədəniyyət Nazirliyi onlara “Unudulmuş şəhərlər” adı vermişdi.

Kilsə içəridə üç əsas hissəyə bölünüb: mərkəzi nəf, hər yerdə Üç Üqnumun əksi – hər üç tərəfdə üç keçid, nəfin üç tərəfi, üç fasad pəncərəsi, üç apsis pəncərəsi və üç tağlı keçid.

Nəfin əvvəllər taxta damı olub, lakin yarımoval apsis üzərindəki qübbə hələ də qalır.

 

Qotik tağ

Frak səlibçiləri (qotlar) bu dizaynı XII əsrdə gördükdən sonra onları Avropaya “köçürüblər”.

Hazırda Notr-Damda və Avropanın bütün böyük kafedrallarında gördüyümüz, itiucluqlu “qotik tağ” adlandırdığımız ilk dəfə Qahirədəki İbn Tulun məscidində görülən və Siciliyaya Amalfi tacirlərin gətirdiyi memarlıq dizaynıdır.

Bu, həndəsə və statik qanunlar sahəsində qabaqcıl bilikləri ilə, müsəlmanların (Şamın Əməvi məscidi, daha sonra Kordoba Cümə məscidində) yaratdığı və sonradan “Məğrib tağı” adı almış yenilikdir.

İbn Tulun məscidi

 

 

 

Avropada onun ilk istifadəsi 1071-ci ildə Amalfi tacirləri tərəfindən maliyyələşdirilən Monte Kassino Abbatlığıdır. Daha sonra şimalda, Kluni Abbatlığında bu tağlardan istifadə olunub.

 

Müsəlman dizaynları

Bu dəb tezliklə Avropanın ən nüfuzlu kilsələrindən ikisinə yayılıb, çünki qotik tağ romalılar və normanlar tərəfindən istifadə edilən yumru tağdan daha güclü idi. Beləliklə, Avropada daha böyük, daha uzun, daha geniş kompleks kafedrallar tikilməyə başladı.

Notr-Damda da müsəlman dizaynlarından əxz olunmalar var. VIII əsrdə İraqda tikilmiş Abbasi Sarayı, 8-ci əsrə aid Üməyyə Sarayının rəngli pəncərələri, şpili buna sübutdur.

İlk bilinən şpil 8-ci əsrin əvvəllərində inşa edilmiş Şamın Üməyyə məscidindədir.

İngiltərədə ilk dəfə 1221-ci ildə Sent-Pol Kafedralının üstündə şpil qurulub. O, 1666-cı ildə Londondakı Böyük yanğın zamanı məhv olub və 1710-cu ildə müsəlman memarlığının açıq-aşkar pərəstişkarı olan Kristofer Ren tərəfindən yenidən qurulub.

Ren Məğrib və Osmanlı məscidlərindən təsirlənib.

O deyirdi: “Qotlar dağıdıcı olub, onlar qotik üslubun yaradıcısı ola bilməzdi, məncə, bu üsluba sarasin (ərəb-müsəlman) üslubu adı verilməlidir”.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə