XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

10 İyul 2019 - 19:05

QIRĞIZISTAN PREZİDENTİ KEÇMİŞ PREZİDENTİ HƏBS EDƏ BİLƏCƏKMİ?Atambayev həbsə qarşı silahlı müqavimət üçün xalq qərargahı qurub – Araşdırma

Viktoriya Panfilova

Nezavisimaya gazeta, 09.07.2019

 

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev çağırış vərəqəsinə növbəti dəfə məhəl qoymazsa və istintaqa özü gəlməzsə, onu mühafizə altında DİN İstintaq İdarəsinə gətirə bilərlər. Lakin respublikanın keçmiş başçısı bildirib ki, heç hara getməyəcək və baş verənləri “siyasi şou” adlandırıb. Ekspertlər hesab edirlər ki, hökumət ölkədə durumu kəskinləşdirməyə gedir.

Almazbek Atambayev iyulun 9-da səhər şahid kimi çağırıldığı DİN İstintaq İdarəsinə sorğuya gəlməyib. Bu zaman hansı iş üzrə çağırıldığını izah etməyiblər. Vəkil Sergey Slesaryov bildirib ki, çağırış vərəqəsi “qanunsuz” idi. O, qeyd edib ki, sənəddə Almazbek Atambayevi məhz hansı epizod üzrə istintaq etmək istədikləri göstərilməyib. İkincisi, çağırış vərəqəsini şəxsən Atambayevə deyil, Soisal-Demokrat Partiyasının təmsilçisi Taalay Usubəliyevə təqdim ediblər. Atambayevin özü bildirib ki, hökumət hüquqi meydana qayıtmalıdır. Atambayev  deyib: “Qanunu belə həyasızcasına tapdalamaq olmaz. Artıq bu gün bu, hakimiyyət deyil. Onlar hesab edirlər ki, Qırğızıstan Jeenebekovun və Matraimovun (Dövlət Gömrükxana Xidməti sədrinin keçmiş müavini-“NG”) şəxsi dükanıdır. Mən bu sirkə züy tutmayacağam”.

Parlament onu məsuliyyətə çəkmək üçün keçmiş prezident statusundan və toxunulmazlıqdan məhrum etdikdən sonra keçmiş prezidenti istintaq etmək qərarına gəliblər. Deputatlar onu korrupsiya – o cümlədən Bişkek İES modernləşdirilərkən – qanunsuz torpaq əldə etmək, habelə kriminal avtoritet Əziz Batukayevi azad etmək daxil olmaqla doqquz maddə üzrə ittiham ediblər. Atambayev bunun cavabında Köy-Taş kəndindəki  iqamətgahında Xalq qərargahı hazırlayıb və “atışaraq qorunmağa” söz verib. O, ötən həftə Bişkekdə baş tutan mitinqdə hökumətin istefasını, güc qurumlarında islahat aparmaq, hakimlərin təmizlənməsini, habelə Sapar İsakov, Kubanıçbek Kulmatov, Albek İbraimovun azad edilməsini tələb edib. Atambayevin tərəfdarları bu tələbləri yerinə yetirməkdə Sooronbay Jeenbekova iki ay vaxt verib, bunlar yerinə yetirilmədiyi halda prezidentin istefası və parlamentin buraxılması tələbilə bütün ölkə boyu etiraz aksiyaları ilə hədələyiblər.

Amma hakimiyyət geri çəkilmək niyyətində deyil. Və güc qurumlarındakı qaynağın “NG”-yə dediyi kimi, Atambayev DİN-ə istintaqa könüllü gəlməzsə, onda Qırğızıstan Respublikasının cinayət-prosessual məcəlləsinə uyğun olaraq zorla gətirəcəklər. Başqa məsələdir ki, paqonlular durumu gərginləşdirməyə maraqlı deyil və bu prosesi hər cür uzadacaqlar.

Müxalif siyasətçi Ravşan Jeyenbekov hesab edir ki, Atambayevi istintaqa gətirməkdə güc ssenarisi pis qurtara bilər. Jeyenbekov “NG”-yə deyib: “Ölkədə yetərincə ciddi siyasi durum var, düşünmürəm də ki, onu kəskinləşdirmək istərdilər”. Onun sözlərinə görə, Atambayevə hakimiyyət tərəfdən basqı başlanandan sonra onun tərəfdarlarının sayı xeyli artıb. Onlar çox deyillər, amma vardırlar. İctimai şüurda Atambayevə münasibət dəyişilir. Çoxları daha çox Atambayevi dəstəkləmir, fəaliyyətdəki hökumətə və qanunu pozmağa, siyasi və iqtisadi islahatların yoxluğuna qarşı çıxış edirlər. Jeyenbekov vurğulayıb: “Atıq bu gün hamı anlayır ki, Atambayevin toxunulmazlığını götürməyə səs vermiş deputatlar ölkə Konstitusiyasını pozublar. 2003-cü il qanununa görə, eks-prezidentin statusu əsasında  keçmiş prezidentin imtiyazları var. Joqorku Keneşin (Qırğızıstan parlamenti-tərc.) 27 iyun tarixli qərarı isə 2019-cu il 15 may tarixli sənədin redaksiyasına əsaslanır. Joqorku Keneş parlamentin keçmiş prezidenti bu statusdan məhrum etmək hüququnun yazılmadığı Konstitusiyanı pozmaqla qərar alıb. Buna görə də bu, fəaliyyətdəki prezidentin opponenti aradan götürmək üçün siyasi qərarıdır”.

Qırğızıstan siyasətçisi bunu ölkənin gələcəyi üçün pis örnək adlandırıb. Parlamentə erkən seçkilər keçirmək durumu dəyişə bilər. Ravşan Jeyenbekov qeyd edib: “Prezident hökuməti istefaya göndərsə və parlamenti buraxsa, onda bu, müqaviməti və hakimiyyətdən narazılığı götürə bilər. Yeri gəlmişkən, bildiyim qədər, ölkə rəhbərliyində belə bir variant müzakirə olunur. Hakimiyyət anlayır ki, seçkilər 2020-ci ildə keçirilsə, onda sosial-iqtisadi problemlər ancaq artacaq. Siyasi durum da pisləşəcək. Buna görə də qışda erkən seçkilər keçirməyi artıq payızda elan etmək daha məntiqli olardı. Xüsusən də müxalifətin hazırlaşmağa vaxtı olmayacağına görə”.

Tərcümə Strateq.az-ındır.