XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

04 Sentyabr 2018 - 22:41

Rusiya İdlibi niyə bombalayır? –Politoloq Moskvanın məqsədlərini açıqladı

“Kreml nədən Rusiya-Türkiyə-İran zirvə toplantısına 2 gün qalmış İdlibi bombardman etdi? Kremlin məqsədi Türkiyəni fakt qarşısında qoymaqdır. Məlumdur ki, Ankara İdlibə hücuma tənqidi yanaşır. Çünki, İdlib Türkiyə sərhəddinə yaxındır, qaçqın axını və qətliam ehtimal var ki, Ankara məhz buna görə illərdir Bəşər Əsəd rejimini tənqid edir”.

“Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, Ankara İdlibə görə Astana prosesindən çıxıb Rusiya və İranla münasibətləri gərginləşdirmək də istəmir:

“Kreml Türkiyənin ABŞ-la gərgin münasibətlərindən istifadə edərək də İdlibə hücum təşkil edir. Bilir ki, Ankara eyni zamanda həm Vaşinqton, həm də Moskva ilə münasibətləri gərginləşdirmək lüksünə girişməyəcək. Əlbəttə, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan simasını qorumaq üçün Rusiya və İrandan İdlib məsələsində Türkiyənin həssasiyətini nəzərə almasını istəyəcək, ancaq Ankara İdlibin Suriya və Rusiya hərb maşının nəzarəti altına keçməsinə mane olmayacaq. Bəlkə də Ankara İdlibi güzəştə gedib Rusiya və Bəşər Əsər rejimindən kürdlərə muxtariyyat verməməyi tələb edəcək”.