XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

13 İyun 2017 - 18:58

Yerli Səviyyəli Açıq Hökumət Platforması yaradılıb

19 may 2017-ci il tarixində, Sabirabad rayonunda yerli səviyyədə “Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü adlı seminar keçirilib.

Tədbirdə “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, platformanın üzvü, “Ümid” Sosial İnkişafa Dəstək İB-nin icraçı direktoru İsrayıl İsgəndərov, “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli, Sabirabad, Saatlı, İmişli RİH-nin məsul şəxsləri, yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri, 13 icmadan icra nümayəndələri, bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak ediblər. 

Platformanın koordinatoru Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edib. Ə.Nuriyev görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib, Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılması təşəbbüsünü bəyəndiyini və bunun çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Ümid” Sosial İnkişafa Dəsrək İB-nin icraçı direktoru İsrayıl İsgəndərov “Yerli səviyyədə “Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü” layihəsi barədə məlumat verib. Layihə ekspertləri isə və layihə çərçivəsində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 15 hədəf icmada aparılmış sorğuların nəticələrini təqdim ediblər.  Sorunun nəticələri ətrafında müzakirələr aparılıb. Mövzu ilə bağlı iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Seminarda həmçinin, “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur  İbrahimli Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın Anlaşma Memorandumu və Rlamentini təqdim etmişdir. BU sənədlər sənədlər səsə qoyularaq qəbul edilmişdir.

Beləliklə, 4 yerli QHT, 6 dövlət qurumu, 5 yerli Bələdiyyə və 8 İcma İnkişaf Şurasının iştirakı ilə Yerli səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılmışdır.

Seminar Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin eksperti Əflatun Verdiyev tərəfindən reallaşdırılan “Yerli səviyyədə “Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü” adlı layihə çərçivəsində keçirilmişdir.

Strateq.az