XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

02 Noyabr 2017 - 12:25

Sağlamlıq imkanları məhdud şəxslərdən mesaj -“İçimizdəki səsi hər kəs duysun!”

Sağlamlıq imkanları məhdud şəxslər özlərinin çəkildiyi video-çarx vasitəsilə düşüncələri barədə cəmiyyətə mesaj veriblər. Onlar, həmçinin “Məni cəmiyyətim necə görür?” – sualına cavab verən ismarışlar yazıblar.

Bu fəaliyyətlər Almaniyanın “MitOst” Assosiasiyasının dəstəyi və “Konstitutsiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə həyata keçirilən “İnkişaf Zamanı” proqramı çərçivəsində icra olunan “İçimizdəki Səs” layihəsi çərçivəsində gerçəkləşib. “İçimizdəki səsi hər kəs duysun!” – layihənin çağırış şüarıdır.

Layihənin məqsədi  sağlamlıq imkanı məhdud şəxslərin üzləşdikləri problemləri bir cümlədən ibarət ismarışlar, fotoşəkillər və video-çarx vasitəsilə cəmiyyətin diqqətinə çatdırmaqdır.

Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 50 nəfərlə görüş keçirilib. Bu görüşdə  sağlamlıq imkanı məhdud şəxslərin qarşılaşdıqları çətinliklərin səbəbləri, onların problemin həlli yolunda  düşüncələri, yaşadıqları sosial mühitin  həyat şəraitinə uyğunluğu və layihənin mümkün sosial təsirləri haqqında müzakirələr aparılıb.

Müzakirə iştirakçıları özlərinin rol oynadıqları sosial video-çarxda da   çəkiliblər.  Eyni zamanda onlar “Məni cəmiyyətim necə görür?” sualına cavab verən  ismarışlar yazıblar. Bu sosial video-çarx, ismarışlar, şəkillər sərgi formatında Bakı, Mingəçevirdə, Yevlaxda nümayiş etdirilib.

Layihə çərçivəsində hazırlanan video-çarx:

Strateq.az