XƏBƏR LENTİ

22 Avqust 2019

Digər Xəbərlər

02 Noyabr 2017 - 13:38

“Qızıla Bərabər Saniyə” layihəsi başa çatıb

Sumqayıt şəhərində "İnkişaf Zamanı Proqramı" çərçivəsində 2 mərhələdən ibarət "Qızıla Bərabər Saniyə" layihəsi həyata keçirilib.

Birinci mərhələ çayxanada  "Ölüm hökmünün ləğvi zəruridirmi?", ikinci mərhələdə isə  "Gənclər evi"ndə "Asudə vaxtımızı düzgün qiymətləndirə bilirik" mövzusunda gənclərin qeyri-formal debatı və müzakirəsi təşkil olunub.

Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilinə yardım göstərilməsidir.

Layihənin reallaşdırılmasında “Sağlam Düçüncə”  Gənclər təşkilatı, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi  İctimai Birliyi, Trend Group, “Gənclər evi”  layihə komandasında dəstək verib.

Layihə Məmmədova Müşəfərim, Ağazadə Riyad və Hüseynova Aysel tərəfindən həyata keçirilib.

Strateq.az