XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

05 Dekabr 2017 - 09:51

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi –Şərtləri

Əlilliyə görə əmək pensiyası «Əmək pensiyaları haqqında” qanunun 12.1-ci maddəsində təsbit edilmiş şərtlər  mövcud olduqda müəyyən edilir. Həmin maddəyə görə əlil­li­yə gö­rə əmək pen­si­ya­sı I qrup əlil­lə­rə ümu­mi­lik­də sı­ğor­ta sta­jı 5 il­dən az ol­ma­maq şər­ti­lə, əmək qa­bi­liy­yət­li yaş döv­rü­nün hər tam ili üçün 4 ay sı­ğor­ta sta­jı ol­duq­da tə­yin edi­lir. II və III qrup əlil­lə­rə əlil­li­yə gö­rə əmək pen­si­ya­sı fər­di he­sa­bın sı­ğor­ta his­sə­sin­də qey­də alın­mış pen­si­ya ka­pi­ta­lı əmək pen­si­ya­sı­nın mi­ni­mum məb­lə­ğin­dən az ol­ma­yan pen­si­ya tə­mi­na­tı­na im­kan ver­mə­si şər­ti­lə, tələb olunan sosial sı­ğor­ta sta­jı ol­duq­da tə­yin edi­lir.

QEYD: Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz.

Misal 1. 40 yaşlı sığortaolunan şəxsə 15 iyul 2017-ci il tarixdə 1-ci dərəcə əlillik müəyyən olunmuş və onun 16 il sığorta stajı vardır. Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 40 yaşlı sığortaolunanın tələb olunan 8 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 25) x 4 ay = 100 ay = 8 il 4 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranır.

Misal 2. 56 yaşlı sığortaolunan şəxsə 18 iyul 2017-ci il tarixdə 2-ci dərəcə əlillik müəyyən olunmuş və onun 20 il sığorta stajı vardır. Qaydaların 2.3.1-ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın 13 il 8 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla tələb edilən 13 il 8 ay (56 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 41) x 4 ay = 164 ay= 13 il 8 ay) sığorta stajı olsa da, fərdi hesabının  sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mimimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır.

Hərbi qulluqçulara əlilliyə görə əmək pensiyası hansı şərtlər olduqda təyin edilir?

Hər­bi qul­luq­çu­la­ra, o cüm­lə­dən müd­dət­li hə­qi­qi hər­bi xid­mət hər­bi qul­luq­çu­la­rın­dan I qrup mü­ha­ri­bə əli­li olan şəxs­lə­rə (hər­bi rüt­bə­lər­dən məh­rum edil­miş hər­bi qul­luq­çu­lar və di­gər müd­dət­li hə­qi­qi hər­bi xid­mət hər­bi qul­luq­çu­la­rı is­tis­na ol­maq­la) əlil­li­yə gö­rə əmək pen­si­ya­la­rı xid­mət müd­də­tin­dən ası­lı ol­ma­ya­raq, əlil­lik hər­bi qul­luq­çu­la­rın xid­mət et­di­yi dövr­də və ya xid­mət­dən bu­ra­xıl­dıq­dan son­ra, la­kin xid­mət döv­rün­də alın­mış xəs­tə­lik və ya­xud xə­sa­rət (ya­ra­lan­ma, trav­ma, kon­tu­zi­ya) nə­ti­cə­sin­də üz ver­dik­də tə­yin edi­lir.

Bu məqalə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Döмlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılması” İB tərəfindən həyata keçirilən  “Əhalinin həssas qruplarının sosial müdafiə sistemində baş verən dəyişikliklərlə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində dərc olunur.

Strateq.az