XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

05 Dekabr 2017 - 09:40

Hansı hallarda şəxs çətin həyat şəraitində olan hesab edilir? –Detallar

Çətin həyat şəraiti  qanunda şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi haldır.

Əlilliyi olan şəxslər aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir:

  • uşaqların sağlamlıq imkanlarının məhdud olması;
  • xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması.
  • şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
  • müəyyən yaşayış yerinin olmaması;
  • şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması 

Sosial yadırğama (dezadaptasiya)  şəxsin (ailənin) sosial mühitə uyğunlaşma qabiliyyətinin itirilməsi, sosial məhrumiyyət (deprivasiya) isə şəxsin (ailənin) əsas həyati tələbatlarını müstəqil şəkildə ödəmək imkanlarının məhdudlaşması və (və ya) ondan məhrum olmasıdır.

Əlilliyi olan şəxslərə və sağlamlıq imkanlarının məhdud uşaqlara sosial xidmət göstərən müəssisələrə aşağıdakıları aid edir:

  • ahıllar, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evləri,
  • psixonevroloji internat,
  • günərzi qayğı mərkəzləri,
  • yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri,
  • sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar,
  • peşə istiqamətləndirmə mərkəzləri,
  • palliativ yardım mərkəzləri,
  • hospislər,
  • icma əsaslı reabilitasiya mərkəzləri,
  • himayədar ailə,
  • kiçik qrup evləri,
  • müvəqqəti qayğı xidmətləri,
  • sosial mağazalar və yeməkxanalar və digər müəssisə və xidmətlər

Bu məqalə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Döмlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılması” İB tərəfindən həyata keçirilən  “Əhalinin həssas qruplarının sosial müdafiə sistemində baş verən dəyişikliklərlə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində dərc olunur.

Strateq.az